17 Dekabrda Opalus Partners Group şirkətinin təşkil etdiyi növbəti "HR Meetup" tədbiri baş tutdu. Tədbirdə Azərbaycanın insan resursları üzrə aparıcı mütəxəssisləri qonaqlar qarşısında çıxış edərək bu sahədəki zəngin təcrübələri ilə paylaşdılar.

2019-ci ilin 17 dekabr tarixində, Opalus Partners Group şirkətinin təşkil etdiyi növbəti "HR Meetup" tədbiri baş tutdu. Tədbir SOCAR AQS şirkətinin dəstəyi ilə JW Absheron Marriott otelində keçirildi. Çıxışçılarımız Sevinc Hüseynova (SOCAR AQS), Fərqanə Məmmədova (KAPİTAL BANK), Rəna Həsənzadə (RABİTƏBANK), və Samirə Şabanova (EY) ölkəmizin aparıcı insan resursları üzrə mütəxəssislərdirlər və bu gün bu sahədəki zəngin təcrübələrini paylaşdılar. Bu tip fikir mübadiləsi ölkəmizdə insan resursları sahəsinin daha da inkişaf etməsinə təkan verir. Tədbir həmçinin maraqlı netvorkinq və sonda təqdim edilən hədiyyələrlə yadda qaldı. Opalus Partners Group şirkətinin rəhbəri Çimnaz Qasımova bu görüşlərin 2020-ci ildə də davamlı olaraq keçiriləcəyini bildirib. Çimnaz xanım həmçinin qeyd edib ki, "HR Meetup" tədbirinin əsas missiyası İR sahəsində bilik mübadiləsini təmin etmək, korporativ qarşılıqlı əlaqəni artırmaq və İnsan idarəçiliyinin bütün sahələrinə dair aktual mövzularda beyin fırtınası yardim etməkdir.