“Azercell Telekom” MMC-nin uğurla fəaliyyət göstərən“Mobil Diş Klinikası” 2019-cu ildə gördüyü işlərlə bağlı yekun hesabatını açıqlayıb.

Klinikanın həkimləri Bakı şəhərindəki bir çox internat məktəblərinə, uşaq evlərinə, eyni zamanda rayonlarımıza səfər edib,minlərlə ehtiyacı olan insana yardım ediblər.2019-cu ildə həkim baxışına ehtiyacı olan 507 nəfər müayinə, 546 nəfər isə müalicə olunub.

Azərbaycandakı əksər uşaq evlərinin stomatoloji kabinetinin olmadığını nəzərə alan Azercell “Mobil Diş Klinikasını” ən müasir tibbi avadanlıqla təchiz edib. Şirkət yalnız Bakıda deyil, respublikanın regionlarında da yaşayan bütün kimsəsiz uşaqlara yardım etməyi hədəfləyib.

Qeyd edək ki, bu klinikanın bütün tədbirləri "Azercell Telekom" MMC-nin dəstəyi ilə "Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyitərəfindən həyata keçirilir. Fəaliyyət göstərdiyi illər ərzində layihə çərçivəsində minlərlə insan “Mobil Diş Klinikasının” həkimləri tərəfindən müayinə edilib və ehtiyac olduğu təqdirdə müalicə alıb.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G və test rejimində 5G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.