22 iyul – Azərbaycanda Milli Mətbuat və Jurnalistika günü kimi qeyd edilir. Düz 145 il öncə, 1875-ci il iyulun 22-də, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi böyük maddi və senzura çətinliklərinə rəğmən ana dilində "Əkinçi" qəzetinin nəşrinə başlayır.

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz çevik fəaliyyətilə içtimaiyyətin köməyinə gəlib. Bu gün də, dünyada və cəmiyyətimizdə baş verən mühüm hadisələr zamanı yorulmadan çalışanlar, həqiqəti göstərmək üçün vuruşanlar, daim araşdıranlar, olanları çatdıranlara ən böyük ehtiyac duyulur.

“Azercell Telekom” MMC də Milli Mətbuat və Jurnalistika Günündə jurnalistlərin əhəmiyyətli fəaliyyətini qiymətləndirərək, onların çevik və fasiləsiz şəkildə çalışmalarına dəstək vermək üçün öz hədiyyəsini təqdim edir. 21-27 iyul müddətində 7.000 Mediacell tarifi istifadəçiləri simvolik “1875” açar sözünü “5005” qısa nömrəsinə göndərməklə Azercell-dən hədiyyə olaraq 5GB mobil internet əldə edə bilər. Qeyd edək ki, 5GB həcmində mobil internetdən yükləndiyi gündən etibarən bir ay (30 gün) ərzində istifadə etmək mümkündür.

Daha ətraflı məlumatla https://www.azercell.com/az/personal/campaigns/monthly/metbuat səhifəsindən tanış olmaq mümkündür.

Mətbuat nümayəndələri üçün “Mediacell” adlı xüsusi tarif paketi təklif edən ilk operator olan, ölkəmizdə jurnalistikanın inkişafına yönəlik bir sıra layihələr həyata keçirən Azercell, hər zaman bu istiqamətdə müxtəlif təşəbbüslərlə çıxış edib. Şirkət xaricdən dəvət olunan təlimçilərin iştirakı ilə seminarlar və məlumat sessiyaları təşkil edərək, jurnalistlərin peşəkar inkişafına öz töhfəsini verib, onların beynəlxalq təcrübələrdən bəhrələnməsinə şərait yaradıb. Vurğulamaq istərdik ki, indiyədək 450-dən çox jurnalist Azercell-in ingilis dili üzrə təşkil etdiyi kursların iştirakçısı olub.

Bizi xəbərsiz qoymadığınız üçün təşəkkür edirik, dəyərli media əməkdaşları!

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.