İndi mobil operatorun rəqəmsal xidmətlərinə qoşulmaq daha da rahat oldu

Müasir telekom bazarında unikal olan Azercell-in “Kabinetim” mobil tətbiqi abunəçilərin rahatlığı üçün daha geniş imkanlar yaradır. İndi artıq bu tətbiqin istifadəçiləri vahid mənbə olaraq “Kabinetim” vasitəsilə Azercell tətbiqlərinə abunəlik əldə edəcək, cari statusu asanlıqla izləyib idarə edə biləcəklər.

Belə ki, “Kabinetim” tətbiqinin son yenilənmiş versiyasında iVi Mobil Cinema və BluTV tətbiqlərinə anında qoşulma imkanı yaradılıb. Bunun üçün sadəcə “Tətbiqlər” bölməsinə daxil olub, abunə olmaq istədiyin tətbiqi seçmək lazımdır. Xatırladaq ki, iVi tətbiqi minlərlə film və serialı eyni anda 5 cihazdan izləməyə imkan verir. BluTV-yə abunəlik isə eksklüziv olaraq türk film və seriallarını maneəsiz izləmək imkanı yaradır.

Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən “Kabinetim” tətbiqi abunəçilərə nömrəyə tam nəzarət etmək, balansı artırmaq, tarif və internet paketlərini sifariş edib dəyişdirmək, bir çox xidmətləri aktiv və deaktiv etmək imkanı verir. “Kabinetim” çərçivəsində onlayn çat vasitəsilə müştəri xidmətlərinə birbaşa müraciət etmək mümkündür. Nömrə ilə bağlı əksər əməliyyatların şəxsən abunəçi tərəfindən yerinə yetirilməsi vaxta qənaət etməklə yanaşı, abunəçinin işini asanlaşdırır, onun nömrənin vəziyyəti haqqında daim məlumatlı olmasını təmin edir. Həm iOS, həm də Android əməliyyat sistemlərində çalışan çoxfunksional "Kabinetim” tətbiqini App Store, PlayStore və ya Huawei AppGallery-dən ödənişsiz olaraq yükləmək mümkündür.

Gələcəkdə Kabinetim” üzərindən digər tətbiqlər - xarici idilər öyrənmək üçün Busuu, Bookmate online kitabxanasına, 200-dən çox kanala abunəlik verən NNTV, 40 milyona yaxın mahnı bazası olan Zvuk və digər tətbiqlərə qoşulmaq imkanı yaradılacaq.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.