Azərbaycanda sənaye sərgi və konfransların təşkilatçısı olan “Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləri şanlı Azərbaycan Ordusuna dəstək məqsədi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fonduna 20 000 manat vəsait köçürmüşdür.

Qeyd edək ki, şirkətlər Azərbaycan Beynəlxalq Müdafiə “ADEX”, BeynəlxalqXəzər Neft və Qaz və dünyada öz sözünü demiş digər beynəlxalq sərgi və konfransların təşkilatçılarıdır.

“AzExpoMontage” şirkətindən Ordumuza dəstək.

Azərbaycanda sərgi stendlərinin quraşdırıcısı olan “AzExpoMontage” şirkəti şanlı Azərbaycan Ordusuna dəstək məqsədi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fonduna 5 000 manat vəsait köçürmüşdür.

Biz birlikdə güclüyük! Zəfər bizimlədir!

#KarabakhisAzerbaijan #StopArmenianAgression