Azercell abunəçiləri ən sevdikləri tətbiqlərdən internet xərclərini düşünmədən yararlanacaq!

Ölkənin lider mobil operatoru bütün abunəçilərini Yeni il bayramı münasibətilə təbrik edir və 2021-ci ilin yanvar ayının 21-nə kimi “Bookmate Plus”, “Busuu”, “SberZvuk” və “NNTV”xidmətlərindən internet sərf etmədən istifadə imkanı yaradır.

Xatırladaq ki, ölkədə ən zəngin rəqəmsal məhsullar portfelinə sahib olan Azercell-in tətbiqlərinə abunə olmaq çox asandır.

Mütaliəni hər kəs üçün daha da əlçatan edən, Azərbaycan, türk, ingilis, rus və digər dillərdə dünya ədəbiyyatını oxumaq və audio versiyasını dinləmək üçün sərhədsiz imkanlar yaradan “Bookmate Plus” xidmətinə günlük qoşulmaq üçün smartfonun ekranında *511#yes, aylıq aktiv etmək üçün isə *533# yes komandasının yığılması kifayətdir.

Azercell xarici dilləri öyrənmək, dil biliklərini inkişaf etdirmək istəyən abunəçilərini də diqqət mərkəzində saxlayaraq“Busuu” xidmətini təqdim edir. “Busuu”xidmətini günlük aktiv etmək üçün telefonun ekranında *696#YES, aylıq paket üçün isə *969#yes yığılmalıdır.

Musiqi sevərlər isə şirkətin “SberZvuk” xidmətindən faydalana bilərlər. Ən son musiqi parçalarını telefonunuza daşıyan “SberZvuk” xidmətinə günlük abunə olmaq üçün*701#yes, aylıq abunəlik aktiv etmək üçün isə *707#yes komandası yığılmalıdır.

200-dən çox televiziya kanalını internet üzərindən onlayn surətdə və yüksək keyfiyyətdə izləmə imkanı verən “NNTV” xidmətini günlük aktiv etmək üçün *401#yes, aylıq aktiv etmək üçün isə *430#yes smartfonun ekranında yığılmalıdır. Onu da qeyd edək ki, abunəçilərinin rahatlığını hər zaman düşünən Azercell, bu xidmət üçün xüsusi paketlər də təqdim edir. Ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/services/partner_services/mobiltv səhifəsinə keçid etməyiniz xahiş edilir.

Qeyd edək ki, Azercell-in Yeni il kampaniyasından yararlanmaq üçün abunəçinin xətti 2 tərəfli açıq və balansda minimum 1 azn vəsait olmalı, ən əsası isə internet xətti aktiv olmalıdır.

Kampaniya haqqında ətraflı məlumat əldə etmək üçün https://www.azercell.com/az/personal/campaigns/monthly/newyear/ səhifəsinə, Azercell-in rəqəmsal həlləri ilə tanış olmaq üçün https://www.azercell.com/az/personal/services/partner_services/ səhifəsinə keçid etməyiniz xahiş olunur.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 89.3%; ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir. Azercell nüfuzlu “STEVIE 2020” müsabiqəsində yüzlərlə təşkilat arasında “İlin telekommunikasiya şirkəti” adını qazanıb, bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl mükafatı əldə edib.