17829110-r3l8t8d-650-alisa
Dekabrın 8-də Rusiyanın məşhur kino və teatr aktrisası, "Служебный роман" filminin qəhrəmanı Alisa Freyndlixin 82 yaşı tamam olur.
SSRİ xalq artisti, dörd dəfə SSRİ və Rusiya Dövlət mükafatı laureatı 1934-cü ildə Leninqradda (Sankt-Peterburq) anadan olub və uzun müddət orada yaşayıb. Aktyorluq karyerası dövründə 60-dan çox filmdə rol alıb. Onların arasında ən məşhurları "Соломенная шляпка", "Служебный роман", "Д’Артаньян и три мушкетера" və "Жестокий романс" filmləridir.
1983-cü ildən aktrisa Q.A.Tovstonoqov adına Rusiya Böyük Dram Teatrında çalışır və tamaşaçıları təkrarolunmaz istedadı ilə sevindirir.
We&World Economics jurnalı Alisa Brunovnanı təbrik edir, ona cansağlığı, yaradıcılığında uğurlar arzu edir!

https://www.youtube.com/watch?v=UBzEI1GhCG4

Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb