tofik-bakixanov

Bəstəkar və Azərbaycanın xalq artisti Tofiq Əhmədağa oğlu Bakıxanov 8 dekabr 1930-ci ildə Bakıda görkəmli tarzən və Respublikanın xalq artisti Əhmədağa Bakıxanovun ailəsində dünyaya gəlib.
Bəstəkar 12 yaşından skripkaçı-solist kimi radio-konsertlərdə, konservatoriya və filarmoniyada çıxış edib.
Tofiq Bakıxanov 1953-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının skripka sinfini bitirib və həmin ildən A.Zeynallı adına Bakı musiqi məktəbində müəllim və simli alətlər şöbəsinin müdiri vəzifəsində işləməyə başlayıb. Sonra, 1957-ci ildə isə professor Qara Qarayevin bəstəkarlıq sinfini bitirib. 1966-1968-ci illərdə "Azərnəşr" nəşriyyatında incəsənət redaksiyasının, sonra isə not-musiqi ədəbiyyatı şöbəsinin müdiri işləyib.
Müvəffəqiyyətli müəllimlik və ifa fəaliyyətinə baxmayaraq, Tofiq Bakıxanov bəstəkarlığa üstünlük verirdi. O, skripka, violonçel, qoboy üçün və ikiqat konsertlərin və musiqili komediyalarının müəllifidir. Hal-hazırda T. Bakıxanov Bakı Musiqi Akademiyasının professorudur.
İstedadlı bəstəkara sağlıq və uzun ömür diləyirik!

https://www.youtube.com/watch?v=47PFKba_W-s&t=50s

Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb