lgmw303

Azərbaycan teatr və kino aktrisası, SSRİ xalq artisti Mərziyə Yusif qızı Davudova 1901-ci ilin dekabrın 8-də Həştərxan şəhərində anadan olub.
Aktrisa ilk dəfə səhnəyə 1917-ci ildə Həştərxan tatar dramatik teatrında çıxıb. 19 yaşında Əzizbəyov adına Bakı teatrının truppasına daxil olaraq səhnədəki ilk günlərindən məşhurluq qazanıb.
Mərziyə Davudova 1920-30-ci illərdə Azərbaycan dramaturgiyasında ən parlaq obrazları ifa edib: Gültəkin ("Aydın" C.Cabbarlı), Xumar ("Şeyx Sənan" H.Cavid), Qızyetər ("Xanlar" S. Vurğun), xarici klassikasında: Dezdemona ("Otello", Şekspir), Ledi Makbet ("Makbet" Şekspir), Kabanixa ("Tufan" Ostrovskiy) və digər obrazlar onu teatr ustalığının zirvəsinə aparmışdır.
1928-ci ildə M.Davudova C.Cabbarlının "Sevil" pyesinin eyniadlı tamaşasında tarixi "azad azərbaycan qadının" obrazını yaratdı. Aktrisanın ifası tamaşaçıları elə sarsıtdı ki, qadınların çoxu çarşablarını eləcə zalda çıxardmışdılar. Hamıya məlum olan bu fakt Azərbaycan teatrının tarixində silinməz bir iz buraxdı.

Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb