visaVisa Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda Sıfır Məsuliyyət Siyasətini işə salır _____________________________________________________________________________________________
Visa Sıfır Öhdəliyinin hədəfi təhlükəsiz mühitin yaradılması və kart sahiblərinin kartlardan daha çox əminliklə istifadə etməsini təmin etməkdir
Bakı, 6 dekabr - Visa Inc. (NYSE) bu gün Visa Sıfır Öhdəliyin (Məsuliyyətin) (Zero Liability) Azərbaycanda işə salınmasını elan edib - istehlakçıları sanksiyalaşdırılmamış tranzaksiyalardan qorumaq üçün işlənib hazırlanan siyasət. Bu siyasət kart sahiblərinə Visa kredit kartlarından istifadə edərək - onların tranzaksiyalarının qorunduğunu bilərək, istənilən vaxt, istənilən yerdə, istənilən ödəməni daha çox əminliklə həyata keçirməyə imkan yaradır. Azərbaycan Beynəlxalq Bankı Visa ilə əməkdaşlıq edərək ölkədə Visa Sıfır Öhdəliyi (Məsuliyyəti) işə salan 1-ci bank oldu.
Dələduzluq qarşısında qorxu kartdan istifadə üçün əsas maneə hesab olunur. Visa Sıfır Öhdəlik (Məsuliyyət) kart sahiblərinin kartlardan daha çox əminliklə istifadə etməsini təmin edərək, onları dələduzluqdan qoruyur və bu maneələri aradan qaldırır.
Visa Sifir Öhdəlik (Məsuliyyət) Siyasətinin ölkə səviyyəsində işə salınması, nağd pulların köçürülməsi, rəqəmsal ödənişlərin inkişaf etdirilməsi, ödəmə kimi yeni kanallar üzərindən alış-verişlə bağlı strateji təşəbbüslərin dəstəklənməsinə kömək edir. Bu, son illər ərzində elektron ödənişlərin dinamik artımını və inkişafını nümayiş etdirən Azərbaycan üçün irəliyə doğru addımdır.
Visa-nın Azərbaycan, Moldova və Belarus üzrə Regional meneceri, İqor Kovalyov bildirib ki, Təhlükəsizlik və dələduzluqdan qorunma - ölkələrin geniş spektri üzrə ən vacib ödəmə tələbatlarıdır. Bu, bizi innovativ və daha təhlükəsiz texnologiyaların inkişafını davam etdirməyə məcbur edir: "Visa Sıfır məsuliyyətin Azərbaycanda işə salınması ilə bizim istehlakçılar, demək olar ki, hər yerdə alış-veriş edə və özlərini daha yaxşı qorunmuş hiss edə bilər. Bütün dünyada dələduzluğun qarşısının alınması üçün səylərimizin mühüm hissəsini - Sıfır məsuliyyət Siyasəti təşkil edir, və biz əminik ki, onun Azərbaycanda tətbiqi bizim istehlakçılara Visa kredit kartından əminliklə istifadə etməsi üçün daha bir səbəb verəcək və Azərbaycanda nağdsız istehlak təcrübəsinin inkişafına kömək edəcək".
Azərbaycan Beynəlxalq Bankının Elektron Ödənişlər Şöbəsinin Müdiri Eltəkin Rəhimov isə güman edir ki, belə bir yenilik müştərilərin böyük marağına səbəb olacaq və Bankın VİSA ödəniş kartlarından istifadə edənlərin sayı daha da artacaq: "Bu müştərək proqram Azərbaycanda nağdsız ödəniş ənənələrinin genişlənməsinə də xoş bir töhfə olacaq" deyə E.Rəhimov vurğulayıb.

Visa Inc. haqqında:
Visa Inc. (NYSE:V) - daha sürətli, təhlükəsiz və etibarlı elektron ödənişlər üçün 200-dən artıq ölkədə və ərazidə istehlakçıları, şirkətləri, maliyyə müəssisələrini və hökuməti birləşdirən qlobal ödənişlər texnologiyası şirkətidir. Biz, saniyədə 65,000 tranzaksiya məlumatını emal etmək gücünə malik, istehlakçıları dələduzluqdan qoruyan, ticari-xidmət müəssisələrinə ödənişlərin yerinə yetirilməsi zəmanətini verən, ən qabaqcıl emal şəbəkələrindən biri olan - VisaNet-lə əməliyyat aparırıq. Visa bank deyil, ödəniş kartları buraxmır, komissiyaları və ya faiz dərəcələrini təyin etmir. Bununla yanaşı Visa-nın innovativ həll üsulları maliyyə təşkilatlarına öz müştəriləri üçün geniş maliyyə alətləri təklif etməyə imkan verir. Bura debet kartlar, öncədən ödənmiş və kredit kartları məhsulları daxildir. Ətraflı məlumat əldə etmək üçün aşağıdakı ünvanlara daxil olmaq olar: www.visasoutheasteurope.com, www.visa.com.az, https://www.facebook.com/visaazerbaijan, Visa CISSEE Newsroom.
ABB haqqında:

35 filiala və 43 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud (012) 937 və ya *2265 nömrəli Məlumat Mərkəzindən əldə etmək mümkündür.

Əlaqə:
Anna Sernyuk
Korporativ Əlaqələr üzrə menecer, Visa, MDB CŞA
tel.: +38044 22 00 300
aserdyuk@visa.com


Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb