heydar_aliev_002

Bü gün görkəmli dövlət xadimi Heydər Əliyevin vəfatından 13 il keçir.
O, 2003-cü ilin dekabrın 12-də 81 yaşında vəfat edib.
Azərbaycan xalqının yaddaşında Heydər Əliyev müdrik və uzaqgörən siyasətçi, vətənini sevən və Azərbaycan iqtisadiyyatının bir çox sahəsini inkişaf etdirən əsl vətənpərvər kimi qalacaq.
Məhz onun rəhbərliyi altında Azərbaycanın iqtisadi müstəqilliyinin əsası qurulmuşdur, ölkəyə investisiya cəlb etmək və sənayenin bərpası üçün antiböhran proqramlarının hazırlanmasına başlanılmışdır..
1994-cü il sentyabrın 20-də Heydər Əliyevin səyi və israrı nəticəsində Azərbaycanla xarici neft şirkətləri arasında ölkəmiz üçün əlverişli şərtlərlə "Əsrin müqaviləsi" imzalandı.

Bu müqavilə ölkə başçısının uğurlu neft strategiyasının sübutu kimi ölkəmizin yeni tarixinin xoş səhifəsi oldu.
Ruhu şad olsun.

https://www.youtube.com/watch?v=yV9g58-d6Qs


Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb