Kovorkinq - Azərbaycanda

Bizim üçün alışılmamış kovorkinq sözü heç bir gizli məna daşımır – müxtəlif işlə məşğul olan insanların əməyinin bir məkanda təşkili və yaxud həmin məkan anlamına gəlir.
Tarixdə ilk kovorkinq 2005-ci ildə San-Fransisko şəhərində açılmışdı.
Ofisdəki ünsiyyətin yoxluğundan və evdə işləməyin nəticəsizliyindən yorulmuş proqramçı Bred Nyuberq, kovorkinqi qeyri-kommersiya tərəfdaşlığı şəklində təsis etdi və məbləği çox olmayan aylıq ödəniş müqabilində potensial üzvlərə işləmək üçün yerlər, pulsuz wi-fi, meditasiya üçün fəsillər, birgə lançlar və birgə velosiped gəzintiləri təklif etdi.
Avropanın ilk kovorkinqləri 2005-ci ildə Londonda və 2007-ci Berlində təsis olundu. İndi onlar dünyanın ən iri kovorkinqləri sayılır.
Beləliklə, Londonun TheHub kovorkinqi 5 qitədə 65 məkandan ibarət beynəlxalq şəbəkə oldu. 2007-ci ildə kovorkinq sözü ingilis dilinə əlavə olundu.
Bir müddət keçdi və bu yenilik Azərbaycana da çatdı.
2016-ci ilin dekabrında "Port Baku Residens"-ın birinci mərtəbəsində yer almış COLAB. şirkətinin kovorkinq mərkəzi açılır.
Mərkəzin idarəçisi Ayşən Quliyeva bizim jurnala kovorkinq və COLAB. şirkəti haqqında danışdı.

_asa3476_1


Zəhmət olmasa, kovorking haqqında ətraflı danışın.
Kovorkinq iştirakçıları müstəqil qalaraq fəaliyyətlərində ümumi məkanı istifadə eləyirlər
Kovorkinq birgə işləmək üçün nəzərdə tutulmuş bir məkandır, frilanserlərin, yenilik tətbiq edən sahibkarlar və bütün müstəqil işçilərin peşə inkişafına imkan yaradan bir cəmiyyətdir.
Kovorkinqin inkişaf prosesində xidmət göstərilən ofis məkanlarının evolyusiyası baş verdi.
Əvvəl belə məkanlar balaca otaqlardan ibarət idi və beynəlxalq şirkətlərin nümayəndəliklərinin iri ofis şəbəkələrində nəzərdə tutulmuşdu.
Məsələn, şirkət öz biznesi üçün yeni ölkədə nümayəndəlik açmaq istəyir.
Bu halda o qeydiyyat, işçiləri yığma və ofis məkanın hazırlanma prosesləri gedərkən, xidmət göstərilən ofislərin xidmətlərindən yararlana bilər.
Biz daha da irəli getdik və bir gündən bir il müddətinə qədər icarəyə götürülə bilən, müqaviləsinin uzatma və xitam şərtləri olan fərdi iş yerlərini təklif edirik.
Beləliklə, bizim kovorkinq mərkəzi balaca şirkətlər, müstəqil işçilər və frilanserlər üçün iş platformasına çevrilir.
Ən əsası odur ki, bizim mərkəz həm müvəqqəti baza kimi həm də uzun müddətli iş yeri kimi xidmət göstərə bilir.
Biz iş məkanının rahatlığına xüsusi diqqət yetiririk.
COLAB. ofis mebellərinin, işıq avadanlıqlarının, döşəmə örtükləri üzrə aparıcı istehsalçıların ən yeni məhsullarını istifadə edir.
Əgər Siz bir balaca şirkət və yaxud frilansersizsə, o zaman adətən belə şeylərdə qənaət etməlisiniz, lakin bizimlə işləyəndə buna ehtiyac yoxdur.
Bizim fikrimiz A klass kimi görünən və hiss olunan, lakin maraqlı və azad olan korporativ məkanları yaratmaqdır.
Elə buna görə kovorkinqimizin girişində antikvar bir motosiklet yerləşdirilib, ofisin mərkəzində yumşaq mebel dəsti var və iş yerlərinin bir hissəsi çətiri 5 metrlik tavana çatan canlı ağacın ətrafında yerləşir.
COLAB. qeyri adi A kateqoriyalı ofisləri yaratmaqla onları bütün istəyənlər üçün əlçatan edir.
_asa3666

Siz COLAB. kovorkinq mərkəzini həm bir nəfər, həm balaca şirkət və hətta iri korporasiya üçün universal bir çıxış yolu kimi təqdim edirsiniz.
Onlar - belə müxtəlif bazar iştirakçıları ola-ola sizin mərkəzinin xidmətlərində necə yararlana bilərlər?
Bir çox ssenarilər var. Gəlin bir neçəsini gözdən keçirdək.
Sizin balaca bir şirkətiniz var və ya siz kiçik və ya orta biznesin təmsilçisisiniz.
Məsələn, siz xidmət sahəsində konsaltinqlə məşğulsunuz və sizin 4 işçiniz var.
Siz istəyirsiniz ki, şirkətinizin nüfuzlu adresi, rahat iş şəraiti, sifarişçilərinizlə görüşlər keçirməyə imkanı olsun.
Sizə ideal olaraq A və B sinfinə aid olan binada 40-50 kv.m sahəsi olan bir ofis məkanı uyğun olardı.
Lakin adətən yüksək kateqoriyaya aid olan binalarda icarə üçün kiçik sahələr tapmaq olmur, və kiçik şirkətlər daha böyük sahəni icarəyə götürmək məcburiyyətində qalırlar.
Bizdə isə siz sahəyə görə yox, iştirakçıların və icarəyə götürəcəyiniz iş yerlərinin sayına görə icarə haqqını ödəyirsiniz.
Həm də yerlər konkret iştirakçıya məxsus ola bilər və yaxud iş yerləri "hotdesking" sistemi əsasında əlçatan ola bilir – o zaman siz boş olan iş yerini tuta bilərsiz.
( "isti masalar" sistemi – bir iş yerinin işə fərqli vaxtlarda gələn bir neçə işçi tərəfindən istifadə olunması ilə işin təşkilidir).
Növbəti ssenari: Sizin mağaza şəbəkəsi olan ticarət şirkətiniz var.
Bu cür şirkətlərin "kulis arxası" işçiləri var - maliyyə mütəxəssisi, marketinq üzrə menecer, brend-menecer və s.
Nə üçün ofis təşkilinə bahalı ticarət sahəni verməlisiniz? – o işçiləri bizim mərkəzdə yerləşdirib, mağazanızın sahəsini tam olaraq ticarət üçün istifadə edə bilərsiniz.
Hər bir layihəyə başlamadan öncə bir neçə sual yaranır – ofisi harada tapmaq olar, icarə haqqı nə qədər olacaq, kosmetik və yaxud kapital təmirə ehtiyac olacaqmı, mebel lazım olarmı?
Layihənin başlanğıc mərhələsində çoxlu pul yatırmaq arzuolunmaz risklər ilə bağlı ola bilər.
Məsələn, yüksək kateqoriyalı biznes-mərkəzində uzun müddətli icarəyə balaca sahəni tapmaq çox çətin olur.
Bizim mərkəzdə isə sizin layihənizin başlanması üçün heç bir əngəl yoxdur, Siz iştirakçı haqqını ödəyirsiniz, əlverişli şərtlər ilə müqaviləni imzalayıb bir neçə dəqiqədən sonra iş yerinizdə olursunuz.
Kovorkinq-mərkəzi müştərilərinə daha nə imtiyazları verə bilər?
Siz rahat iş şəraitlərinə dəyər verən, biznes əlaqələrini artırmaq istəyən və ya tək işləməyi sevməyən bir frilanser və yaxud mənsəbə çatmış biznes məsləhətçisiniz.
_asa3620

Bizim mərkəzdə Siz özünüzə məsləkdaş, biznes tərəfdaşları, mənafeyinizə görə həmkarlar tapa bilərsiz.
Yaradın, qurun, qazanın.
Burada Siz ekosistemin bir hissəsi olursunuz, Sizdə təcrübənizi mübadilə etmək imkanı yaranır, həmkarlarınızla fikirlərinizi müqayisə etməklə onların faydalılığını, məqsədəuyğunluğunu yoxlaya bilərsiniz.
Siz işə əsl ofisə gedirsiniz.
Evdə işləyənlərin çoxu intizam hissini və iş əhvalını itirir.
Siz geyinib evdən çıxırsınız və ofisinizə gedirsiniz.
Beləliklə, siz, burda işləyərkən, özünüzü evdə və ya kafedəkindən tam fərqli hiss edirsiniz.
Mənə elə gəlir ki, bu imkan evə, ailəyə və işə həsr olunmuş vaxtlarını bölmək istəyən böyük yaş qrupun peşəkarları - yəni ailəli insanlar üçün xüsusən önəmlidir.
Siz böyük şirkətdə işləməyin bütün imtiyazlarını əldə edirsiniz: kompüter proqramı ilə bağlı problemlərin həllində Sizə həmişə yardım göstərərlər, başqa məsələləri üzrə məsləhət verərlər, səyahətinizlə bağlı təəssüratlarınızı paylaşmaq, ən son mühəndis təfəkkürünün nailiyyətlərini müzakirə etmək üçün həmkar tapa biləcəksiniz.
Məsələn Siz marketinq sahəsində konsultant işləyirsiniz və müştəriniz üçün internet-saytı hazırlamalısız.
Böyük ehtimalla bizim mərkəzin iştirakçıları arasında özünüzə yardımçı, tərcüməçi, dizayner və kopirayter (reklamyazan) tapa biləcəksiniz.
Konkret bir layihə üçün işçilərin sayını artıran şirkətlər üçün də bizim xidmətlərimiz əlverişli ola bilər.
Təsəvvür edin ki, sizə 3 ay müddətinə işə götürdüyünüz 10 nəfər işçi yerləşdirmək lazımdır.
Siz həmin müddətə ya ofisinizi artırmalısınız və ya da mövcud olan işçilərinizin yerini dar etməlisiniz.
Bizim mərkəzdə 10 iş yeri götürmək sizə daha asan olacaq.
Bir nümunə daha gətirim: kadrlar şöbəsi yeni işçilərlə müsahibə keçirir və bəlli səbəblərə görə bunu şirkətinin ofisində etmək istəmir.
Bu halda bizim mərkəzdə bir həftəlik yer alınır, və biz görüşləriniz uçun lazımlı şərait yaradırıq.
_asa3672

Sizin vəzifəniz nədən ibarətdir?
Mənim əsas vəzifəm mərkəzimizin bütün iştirakçılarının biz təklif etdiyimiz imkanlardan yararlanmağına yardım göstərməkdir: iş yerinin rahatlığı, görüşlərin təşkili, kovorkinq - mərkəzinin xüsusi mühitini yaradan maraqlı tədbirlərinin təşkili.
Zəhmət olmasa mərkəzinizin gələcək planlarından bəhs edin.
Siz qeyd etdiyiniz kimi bu mərkəz COLAB. kovorkinq şəbəkəsindən ilk mərkəzdir. Hal-hazırda bir neçə yerdə tikinti və quraşdırma-təmir işləri gedir. Onlar hazır olanda biz onlardan sizə bəhs edəcəyik.

Əlaqə nömrəsi: +994 50 278 0072


Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb