Bu gün...
Beynəlxalq çay günü qeyd olunur. 2005-ci ildə Ümumdünya ictimai forumunun təşəbbüsü ilə hər il Dekabrın 15-ni "Çay günü" kimi qeyd etmək qərarı qəbul edilib. Bu bayram daha çox Hindistanda və Şri-Lankada qeyd olunur, lakin azərbaycanlıların çaya olan sevgisini və ölkəmizin çay istehsalçısı olduğunu nəzərə alsaq, bu ənənə Azərbaycanda da yerinə düşmüş olardı.
*
Məzahir Abbasov
Azərbaycanlı alim, tarixçi, hərbi pilot, Böyük Vətən Müharibəsinin iştirakçısı – Məzahir Həmid oğlu Abbasov 15 dekabr 1918-ci ildə anadan olub. Müharibə haqqında 10 kitabın və üç iri həcmli monoqrafiyanın müəllifidir. Uzun illər ərzində Veteranlar Şurası Səbail rayon şöbəsinin sədri olub. "Şöhrət" ordeni və Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı ilə təltif edilmişdir.
*
gasan_alirza_ogly_aliev
Həsən Əliyev
Görkəmli alim, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki Həsən Əlirza oğlu Əliyev 15 dekabr 1907-ci ildə Zəngəzur qəzasının Comərdli kəndində anadan olmuşdur. Həsən Əliyevin adına Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda Zəngəzur Milli Parkı yaradılmışdı.

*
Həsən Əhmədov
Azərbaycan-sovet alimi, geoloq, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki Həsən Əbdüləlı oğlu Əhmədov 15 dekabr 1906-cı ildə anadan olub.

*
Reyhan Topçubaşova
Azərbaycan-sovet rəssamı, Azərbaycan SSR-in əməkdar incəsənət xadimi Reyhan İbrahim qızı Topçubaşova 15 dekabr 1905-ci ildə Qubada anadan olub. Çoxlu sayda portretlərin, süjetli kompozisiyaların, mənzərələrin, natürmort və məişət mövzularına aid rəsm əsərlərinin müəllifidir.

*
0_4ea8d_283134d7_l

Aleksandr Qustav Eyfel
Fransalı mühəndis, metal konstruksiyaların layihələndirilməsi üzrə mütəxəssis, dünyanın ən məşhur memarlıq abidəsinin müəllifi Aleksandr Qustav Eyfel 15 dekabr 1832-ci ildə anadan olub. O, 1889-cu ildə Parisdəki sərgidə metal qüllə tikib. Bu qüllə onu bütün dünyada tanıtdı və onun şərəfinə Eyfel qülləsi adlandırıldı.

*
Oskar Nimeyer
Latın Amerikalı memar, dəmir-beton memarlığı sahəsində pioner və eksperimentçi Oskar Nimeyer 15 dekabr 1907-ci ildə portuqal-alman əsilli zəngin bir ailədə anadan olub. Onun əsərləri arasında memoriallar, metro stansiyası və Braziliyada çoxlu sayda mühüm binalar – Milli konqresin sarayı, Hökumət sarayı, Kafedral kilsə, Niteroyda Müasir incəsənət muzeyi və s. qeyd etmək olar. Oskar Nimeyer 5 dekabr 2012-ci ildə, 105 yaşının tamam olmasına cəmi 10 gün qalmış Rio-de-Janeyroda dünyasını dəyişib.

Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb