_92956432_gettyimages-629485496

Dekabrın 13-də İsrailin baş naziri Benyamin Netanyahu Bakıya işgüzar səfərə gəlib.
Həmin gün onun Azərbaycan prezidenti İlham Əliyevlə rəsmi görüşü keçirilib.
Danışıqlar çərçivəsində tərəflər Azərbaycan və İsrail xalqlarının arasında dostluq münasibətlərini mövcudluğunu qeyd ediblər və hökumətlər arası əməkdaşlığın bundan sonra da genişlənəcəyi ilə bağlı əminlik ifadə etdilər.
"Mən Azərbaycana ikinci dəfə səfər etməkdən məmnunam. İsraillə Azərbaycan arasında mükəmməl münasibətlər və uzunmüddətli dostluq mövcuddur. Siz inkluzivlik və tolerantlıq ənənəsini qoruya bilmişsiniz. Yəhudi milləti burada özünü çox rahat hiss edir. Bizim ortaq dəyərlərimiz var. Azərbaycanda minlərlə yəhudilər yaşayır və onlar xalqlarımız arasında körpü rolunu oynayır", - deyə Benyamin Netanyahu bildirib.
Qeyd etmək lazımdır ki, tarix boyu Azərbaycan ərazilərində müxtəlif etnolinqvistik yəhudi qrupları: Dağ yəhudiləri, aşkenaz və gürcü yəhudiləri yaşayıblar.
Bütün dünyada antisemitizm və anti-İsrail hislərin partlayışı baş verəndə, bizim ölkədə yəhudilər heç vaxt antisemitizm halları ilə üzləşməyiblər.
Yəhudi icmasının təmsilçiləri Azərbaycanın siyasi, mədəni və sosial-iqtisadi həyatında fəal iştirak ediblər və edirlər.

c4325386db024da1420bb1cc16fdde0b

Bu gün Bakıda Nobel mükafatının laureatı nəzəriyyəçi-fizik Lev Landau, respublikanın əməkdar həkimi Solomon Gusman, Qarabağ münaqişəsinin qəhrəmanı Albert Aqarunov və başqaları kimi görkəmli yəhudilərin yaşadıqları binaların üzərində memorial lövhələr qalıb.
Azərbaycan və İsrail arasında diplomatik münasibətlər 1992-ci ildən mövcuddur.
Azərbaycan, müsəlman dünyasında İsraillə davamlı iqtisadi və siyasi münasibətləri olan nadir ölkələrdən biridir.
Azərbaycanın İsraildəki səfirliyi 1993-cü ilin Avqust ayından fəaliyyət göstərir, milli AZAL avia şirkətinin birbaşa Bakı – Tel Əviv təyyarə reysləri də həmin ildə açılmışdır.
Hal-hazırda respublikada bir neçə sinaqoq, "Soxnut" beynəlxalq yəhudi təşkilatının şöbəsi, "Xesed-Qerşon" xeyriyyə təşkilatı, Yəhudi mədəniyyət mərkəzi, "Amişav" gənclər klubu, "Xabaf-Or-Avner" təhsil mərkəzi, "Makkabi" idman assosiasiyası, qadın xeyriyyə təşkilatları, "Hava" yəhudi qadınların humanitar təşkilatı və "Azİz" cəmiyyəti fəaliyyət göstərməkdədir.

Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb