Xəzərdə faciə , estakadanın dənizə uçması nəticəsində 10 nəfər neftçi itkin düşüb.


1483657300

Dekabrın 15-də səhər saat 05.00 radələrində Xəzər dənizində əsən güclü külək nəticəsində "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən 150 metr uzunluğunda estakadanın hissəsinin dənizə uçması nəticəsində itkin düşmüş neftçilərin dərhal axtarışına başlanılıb.
Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər əməkdaşı itkin düşüb:
İlkin məlumata görə 1 neftçinin meyiti tapılıb, 10 nəfər itkin düşüb.
"Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin yaydığı məlumata görə, güclü qasırğa qəza yerində xilasetmə əməliyyatını çətinləşdirib.
Xilasetmə əməliyyatında Fövqəladə Hallar Nazirliyinin 2, Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin 8 gəmisi və başqa cəlb olunmuş gəmilər iştirak edir.
Hadisə ilə əlaqədar "AXDG" QSC-nin Böhran Qrupu SOCAR-ın və FHN-nin səlahiyyətli şəxsləri ilə daimi əlaqə saxlayaraq, xilasetmə əməliyyatlarında iştirak edən gəmilərin işlərini koordinasiya edir.
Biz xilasetmə əməliyyatının uğurlu nəticəsinə ümid edir, vəfat etmiş neftçinin ailəsinə başsağlığı diləyirik. Allah rəhmət eləsin.

Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb