54

Cari ilin dekabr ayında Azərbaycanda növbəti sərgi və konfranslar mövsümü uğurla başa çatıb. 2016-ci il ərzində Xəzəryanı regionun aparıcı sərgi şirkəti olan "Iteca Caspian" və onun Böyük Britaniyalı tərəfdaşı "ITE Group Plc." şirkəti birlikdə 17 ixtisaslaşdırılmış sərgi və konfrans təşkil ediblər.
Iteca Caspian şirkətinin bütün tədbirləri dövlət strukturları tərəfindən dəstək almışdılar.
"Iteca Caspian" şirkətinin keçirdiyi bütün tədbirlərə dövlət strukturları tərəfindən yaxından dəstək göstərilir. Belə ki, ölkə başçısı bir sıra sərgiləri, o cümlədən "AITF", "WorldFood Azerbaijan", "Caspian Oil and Gas" və "Bakutel" sərgilərini ziyarət etmiş və bir sıra sərgilərin iştirakçılarına salamlama məktubu ünvanlanmışdır.
Həmçinin, bu sərgiləri Azərbaycan Respublikasının nazirləri və sahənin nazirliklərinin başqa rəsmiləri ziyarət ediblər.
2016-ci ildə Bakı şəhəri öz danılmaz beynəlxalq nüfuzunu - regionun işgüzar mərkəzi olduğunu təsdiq etdi.
Bu ildə keçirilən sərgiləri xarici ölkələrdən 70-dən çox yüksək rütbəli qonaq ziyarət ediblər.
2016-ci ilin sərgilərində dünyanın 60 ölkəsini təmsil edən 1454 iştirakçı-şirkət, habelə Azərbaycan və yaxın ölkələrdən 45 mindən artıq ziyarətçi iştirak etmişdir. Sevindirici haldır ki, ümumi ekspozisiya sahəsinin təxminən 40%-ni yerli şirkətlərin stendləri tuturdu.
2016-ci ildə layihələrin uğurla həyata keçirilməsində tərəfdaş və sponsorların da rolu mühüm əhəmiyyət kəsb etmişdir. Belə ki, bu il sponsorlar qismində SOCAR, BP, Qazax Sement Zavodu, NB Group, Eurodesign, Azerfon, Bos Shelf, AZFEN J.V., Azeri M-I Drilling, Caspian Drilling Company, Caspian Marine Services, General Electric, Global Energy, GMA Petroleum, RusNeft, Tekfen Construction, Inpex, Caspian Geophysical, Dentons, Nobel Oil Upstream, McDermott, SAP, Schlumberger, SNAM, Statoil, SOCAR Polymer, Petronas, HMS, Total, Caspian Energy, "Дом и интерьер" jurnalı. 2016-ci ildə "Iteca Caspian" şirkəti tərəfindən təşkil olunan sərgilərin tərəfdaşları arasında "SafeLife" (təhlükəsizlik üzrə rəsmi tərəfdaş) və " Premier Tour " (rəsmi turoperator) şirkətləri, Sheraton Hotel и Qafqaz Point Hotel mehmanxanaları (rəsmi otellər), habelə "AzExpoMontage" (rəsmi montajçı), Bakı Ekspo Mərkəzi və "Aqil və Bilqi"yer alır.

aitf_2016

Təşkilatçılar il ərzində keçirdikləri bütün sərgilərinə göstərdiyi informasiya dəstəyinə görə We&World Economics jurnalına minnətdarlığını bildirirlər.
Həmçinin, hər bir sərgini geniş işgüzar proqram müşayiət etmiş, müxtəlif seminar və təqdimatlar, habelə forumlar keçirilmişdir.
Sərgilər işgüzar görüş və danışıqlarla yanaşı, təşkilatçıların bütün sərgi iştirakçıları və ziyarətçiləri üçün hazırladıqları əlamətdar tədbirlərlə də yadda qalıb.
Belə ki, Prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyeva AITF-2016 sərgisini ziyarət etmişdilər.
Azərbaycanda AİTF sərgisi multikulturalizm ilində əsl dünya mədəniyyətlərinin festivalı olub.

Bolqarıstan, Gürcüstan, Dominikan Respublikası, Hindistan, İndoneziya, İran, İspaniya, Serbiya, Tailand, Türkiyə, Ukrayna, Xorvatiya, Çernoqoriya, Çex respublikası və bu ilin debütantı Belarus(iya) öz stendlərini parlaq, milli kolorit ilə təqdim etdilər.
Regional stendlərlə Stavropol diyarı (Rusiya), Katatoniya (İspaniya) və Yurmala (Latviya) təqdim olunmuşdular.
Sərginin ən maraqlı tədbirlərdən biri Azərbaycan regionlarının miqyaslı iştirakı olub.
Təşkilatçılar və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin AİTF sərgisinin 15-ci yubileyinə həsr olunmuş birgə layihəsi əlavə tədbirlər proqramında əsas yeri tutmuşdu.
Sərginin müddətində "İçəri Şəhər" ənənəvi incəsənət Mərkəzinin stendində 4 cür tətbiqi dekorativ incəsənət növləri - keramika, batik, zərgər işləri və ağac işləmələri təqdim olunmuşdu.

fnk_4284

Hər ziyarətçi milli incəsənət əsərlərinin necə yaradıldığını seyr edə bilirdi.
"Nəqliyyat, tranzit, logistika" (TransCaspian) Xəzər beynəlxalq sərgisinin 15 illik yubileyi ilə əlaqədar olaraq may ayının 10-da Mərkəzi Nəbatat Bağında Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirildi. TransCaspian sərgisinin iştirakçıları Mərkəzi Nəbatat Bağında istirahət guşəsini quraşdırdılar və bundan sonra şəhər sakinləri gəzinti zamanı bu köşklərdə dincələ biləcəklər.
TransCaspian 2016 sərgisinin 1-ci günündə daha bir möhtəşəm tədbir baş tutdu: Azərbaycan Texniki Universiteti "Nəqliyyat və nəqliyyat mühəndisliyində idarəetmə" fakültəsinə ən yüksək balla qəbul olunmuş tələbə Zülfüqar Sadıxova xüsusi mükafat təqdim olundu.
Beləliklə, sərginin təşkilatçısı - Iteca Caspian şirkəti universitetlərə qəbulda fərqlənmiş tələbələrin həvəsləndirmə ənənəsini davam edir.
Iteca Caspian sənətkar ustaların işinə də dəstək verir.
Bakı Ekspo Mərkəzinin foyesində yerləşmiş, müxtəlif siniflərin, dövrlərin və ölkələrin gəmi, parovoz və təyyarələrinin modellərini sərgiləmiş Azərbaycanlı usta Rövşən Ansarinin işləri ziyarətçilər üçün gözlənilməz hədiyyə olub.
İteca Caspian şirkəti milli sənət və bədii incəsənətə dəstək proqramını davam etdirir.
Caspian Oil&Gas sərgisi çərçivəsində qonaqlara Azərbaycanın milli qadın baş örtüyü "kəlağayı" nümayiş edilən stend və "Damla" xeyriyyə cəmiyyətinin rəsmləri təqdim edilmişdi.

22 – ci "Tikinti" BakuBuild Azərbaycan beynəlxalq sərgisinin keçiriləcəyi tarixlərə Four Seasons otelində İngiltərə - Azərbaycan cəmiyyətinin təşkil etdiyi xeyriyyə şam yeməyi aid edilmişdi.
Ənənəvi olaraq, şam yeməyi ərzində hərrac təşkil olunmuşdu və hərracdan əldə edilən bütün pul vəsaitləri xeyriyyə məqsədləri üçün istifadə olunacaq.
İşgüzar görüş və danışıqlarla yanaşı "Telekommunikasiya və İnformasiya Texnologiyaları" Beynəlxalq Sərgi və Konfransının (Bakutel 2016) bütün iştirakçılar və ziyarətçiləri üçün informasiya texnologiyalarının istifadəsi ilə oyun zonası təşkil olunmuşdu.
Ziyarətçilər xüsusi eynəklər geyərək, virtual reallıqda ola bildilər və unikal bir əşya ya da başqa şeyləri 3D qələmdən istifadə edərək yaratdılar.
Bundan başqa, məhz Bakutel sərgisinin ziyarətçiləri Azərbaycanda ilk dəfə olaraq mini robotları idarə edərək robotların əsl döyüşündə iştirak etmək və "ağıllı robotla" ünsiyyət qurmaq imkanı əldə etdilər.
Sərgilər və bu sərgilər çərçivəsində təşkil olunan bütün tədbirlər yerli KİV və beynəlxalq agentliklər tərəfindən geniş şəkildə işıqlandırılıb. 300-dən çox KİV sərgilərə informasiya dəstəyi göstərib. Həmçinin, sərgilərin rəsmi "Daily News" qəzetinin 7 nömrəsi dərc edilib və hər bir sərgi ilə bağlı rəsmi kataloq nəşr olunub.
Həm eksponentlərin, həm də ziyarətçilərin rəyinə əsasən, sərgilər uğurla keçib. Təşkilatçıların il ərzində keçirdikləri rəy sorğusunun nəticələrinə görə, ziyarətçilərin 95%-i 2016-ci ildə keçirilmiş sərgilərdə mühüm görüşlər keçirib və sərgilərin nəticələrindən razı qalıblar. Beləliklə, iştirakçı şirkətlər üçün yeni müştərilər və satış bazarlarının axtarışı, eləcə də satış coğrafiyasının genişləndiilməsi baxımından sərgilərin səmərəli vasitə olduğu bir daha sübuta yetirildi. Təşkilatçıların hər sərgi üzrə orta hesabla 30% təşkil edən "rebukinq" (növbəti il keçiriləcək sərgidə iştirak üçün yerlərin sifariş edilməsi) barədə məlumatları da bunu təsdiq edir.
Iteca Caspian" şirkəti 2017-cı ildə 16 sərgi keçirilməsini planlaşdırır.
İki sərgi – Aquaterm Baku- beynəlxalq istilik, havalandirma və kondisiyalaşdirma sistemləri, su təchizati, sanitariya, ətraf mühitin mühafizəsi texnologiyalari,üzgüçülük hovuzu və bərpa olunan enerji sərgisi və Securica Caspian xəzər beynəlxalq mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri sərgisi – 10 illik yubileyini qeyd edəcəklər.
"BakuBuild" sərgisinin 2017-ci ildə tətbiq ediləcək yeni adını diqqətinizə çatdırırıq: "WorldBuild Baku". Bakı "İnşaat" sərgisi dünyada nəhəng inşaat sərgilərinin təşkilatçısı olan "ITE Build&Interiors" platformasının tərkib hissəsidir. Ad dəyişmə prosesi isə "ITE" şirkətlər qrupunun bütün dünyadakı inşaat sərgilərinin adlarının dəyişməsi ilə bağlıdır. Bu proses ziyarətçi və iştirakçılarda müvafiq təşkilatçılıq səviyyəsində olan, məsuliyyət, geniş miqyas, təqdim edilən məhsullar baxımından inşaat sərgiləri barədə vahid təsəvvürün formalaşdırılması ilə əlaqədardır.
Beləliklə, sərgi və konfranslar demək olar ki, sərhədsiz imkanlar təklif edir, yeni texnologiyalar və kontaktlar, tərəfdaşlar və nəhayət ki, yeni investisiyalar axını vəd edirlər. 2017 – ci ildə keçiriləcək bütün sərgilərin cədvəli ilə şirkətin rəsmi saytında tanış ola bilərsiniz (www.iteca.az).


Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb