1696034

Financial Tribune bildirir ki, İran parlamenti növbəti 5 ildə "yeni" vergi güzəştlərini və endirimlərinin tətbiqini qadağan edilməsini qəbul edib.
Bu tədbir altıncı beşillik inkişaf planının məqsədlərinin həyata keçirilməsi (2016-2021) çərçivəsində və vergi mədaxillərin artması hesabına neftdən asılılığı azaltmaq cəhdi olaraq hökumət tərəfindən təqdim edilmişdi.
İran milli vergi administrasiyasının məlumatına əsasən, ölkənin 60%-ə yaxın iqtisadi institutları heç bir vergi ödəmirlər, vergilərdən yayınma isə 300 trilyon rial ($ 7,5 milyard) təşkil edir.
Hökumətin 2017-2018-ci maliyyə ili üzrə təqdim etdiyi büdcə layihəsi neft ixracatından daha çox vergilərdən gələn gəlirləri (ümumi mədaxilin 70% kimi) proqnozlaşdırır.


Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb