400305373

"Azərbaycan Dəmir Yolları" QSC-nin yaydığı məlumata əsasən, 29 dekabrda Naxçıvan (Azərbaycan) - Məşhəd (İran) beynəlxalq sürət qatarı hərəkətə başlayacaq.
Məlumatda qeyd olunur ki sürət qatarı bu istiqamətdə həftədə iki dəfə - dördüncü və bazar günləri hərəkətdə olacaq. Sürət qatarı Naxçıvan, Culfa, Təbriz, Tehran və Məşhəd marşrutu üzrə hərəkət edəcək.
Naxçıvandan Məşhədə qədər biletin qiyməti yataq dəstindən istifadənin dəyəri və bütün yığımlar daxil olmaqla 40 İsveçrə frankı təşkil edəcək (bir istiqamətə). Tariflər satış tarixində İsveçrə frankının manata olan məzənnəsi ilə müəyyən edilir.

Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb