socar_bp_logo_230914

SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti/ARDNŞ) və BP Azəri-Çıraq-Günəşli (AÇG) yatağının 2050-ci ilədək işlənməsi prinsiplərinə dair razılaşma imzalayıblar, bu barədə BP-Azerbaijan bildirib.
"AÇG yatağının 2050-ci ilədək işlənməsi üçün niyyət məktubunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birell imzalayıb. Bu saziş AGÇ-yə iri sərmayə qoyuluşuna, həmçinin minlərlə iş yerlərinin yaradılmasına təkan verəcək", - məlumatda deyilir.
BP-nin məlumatına görə, niyyət məktubu gündəlik hasilatı 620 min barel təşkil edən AÇG yatağının gələcək işlənməsi üçün əsas kommersiya şərtlərini razılaşdırır, və tərəflərə növbəti bir neçə ay ərzində danışıqları başa çatdırmaq və tam razılaşdırılmış sazişləri yekunlaşdırmaq imkanı yaradır.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev qeyd edib ki, SOCAR xeyli müddətdir ki, xarici tərəfdaşlar ilə AÇG-nin işlənməsi ilə bağlı danışıqlar aparır: "İmzaladığımız niyyət məktubu onu göstərir ki, biz bundan sonra da hələ uzun illər AÇG-nin işlənməsi ilə bağlı layihənin uğurlarının şahidi olacağıq".
Qeyd edək ki, Azəri, Çıraq və Günəşli yatağının dərinsulu hissəsinin işlənməsi barədə cari müqavilənin müddəti 2024-cü ildə bitir. Müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və həmin ilin dekabrın 12-də qüvvəyə minib. Səhmdarları: BP (35.78% - operator), Chevron (11.27%), ExxonMobil (8%), ONGC (2.72%), SOCAR (11.65%), Inpex Corp. (10.96%), ITOCHU Oil (4.3%), Statoil (8.56%) və TPAO (6.75%).

Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb