lexus-rx-2016-03

Almaniyanın "BMW" şirkəti təhlükəsizlik yastıqlarında olan qüsurlara görə 193 min 611 avtomobilini Çindən geri çağırır. Bu barədə Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin üzrə Dövlət İdarəsinin məlumat yayıb.
9 dekabr 2005-ci ildən 23 dekabr 2011-ci ilədək ÇXR-da istehsal olunan 168 861 avtomobil geri çağırılacaq.
Bundan əlavə, konsern 12 iyul 2005-ci ildən 31 dekabr 2011-ci ilədək istehsal etdiyi və sonradan Çinə göndərilən 24 750 avtomobili geri çağıracaq.
"BMW" şirkəti təhlükəsizlik yastıqlarında olan qüsurların aradan qaldırılması ilə bağlı bütün xərcləri öz üzərinə götürür.


Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb