saudi-aramco

Güman edilir ki, Səudiyyə Ərəbistanı "Saudi Aramco" neft şirkətində 5%-lik payını satmaqdan $106 mlrd. qazana bilər.
Səhmlərin 49%-nin satış prosesi yaxın 10 il ərzində davam etdiriləcək.
Satışdan əldə olunan vəsait "Saudi Public Investment Fund" Dövlət İnvestisiya Fondu tərəfindən yerli və xarici layihələrin maliyyələşdirilməsinə sərf ediləcək.
"Saudi Aramco" – krallığın karbohidrogenlərin kəşfiyyat və hasilatı bazarında monopolistdir. Şirkət gəlirinin ortalama hesabla 90%-ni xəzinəyə verir.
"Saudi Aramco"nun orta gündəlik neft hasilatı 10 milyon barel təşkil edir.