iran-neft

İran yaxın gələcəkdə Yadaravan və Şimali Azadeqan neft yataqlarının İranın yeni neft müqavilələri (Iran Petroleum Contract, IPC) üzrə işlənilməsi üçün beynəlxalq tenderlər keçirməyi planlaşdırır. Bu barədə İranın Milli Neft Şirkətinin (NIOC) nümayəndəsi Q.Manuçehri məlumat verib.
Çinin CNPC şirkəti Şimali Azadeqan neft yatağının işlənilməsi ilə bağlı razılaşmanı İranın şərtləri ilə davam etdirməyə razıdır.
NIOC həmçinin Sinopec şirkəti ilə Yadaravan yatağının işlənməsi ilə bağlı danışıqlar aparıb. Lakin bu şirkət hələ beynəlxalq tenderdə qalıb olmalıdır.

Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb