otdyh-v-irane

20 mart 2016-cı ildə başlayan İranın 1395-ci ilin 9 ayı ərzində İran ümumi dəyəri $ 31 milyard olan qeyri-neft məhsulları ixrac edib. Bu barədə Tasnim News informasiya agentliyi İranın Gömrük idarəsinin rəsmi məlumatlarına istinadən xəbər verir.
İdarənin məlumatına görə, qeyd olunan dövrə ölkənin qeyri-neft məhsullarının ixracı $31,593 milyard təşkil edib. İrana idxal olunan malların ümumi dəyəri isə $31,538 təşkil edib. Bu ötən ilin analoji dövrü ilə müqayisədə 4,38% çoxdur.
Son illərdə İran qeyri-neft məhsullarının ixracının çoxalması və neft gəlirlərindən asılılığın azaldılması üçün səylərini gücləndirib. Həmçinin İranın müxtəlif sahələrində, o cümlədən turizm, maşınqayırma və tranzit sahələrində göstərilən xidmətlərin ixracında bum müşahidə olunub.


Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb