1483657300

Xəzər dənizində Sanqaçal-Xara-Zirə-Duvanniy yatağında estakadanın uçması nəticəsində itkin düşmüş 9 azərbaycanlı neftçinin axtarışı davam etdirilir.
Axtarış-xilasetmə Qərargahından verilən məlumata görə, hal-hazırda axtarış-xilasetmə əməliyyatları uzunluğu 145 km, eni isə 120 km olan ərazini əhatə edir.
Neftçilərin axtarışına 44 gəmi və üzən vasitə, 6 helikopter, dalğıclar və dəniz sahilinin vizual axtarış üçün FHN-in hissələrindən birinin 191 nəfər şəxsi heyəti də daxil olmaqla, ümumilikdə 700-dən artıq canlı qüvvə cəlb edilib.
Axtarış-xilasetmə əməliyyatları zamanı, uçan estakadaya aid olduğu ehtimal edilən 100 çeşiddən artıq əşya tapılıb.
Dekabrın 15-də Sanqaçal-Xara-Zirə-Duvanniy yatağının Neft Yığım Məntəqəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsi dənizə uçub. Nəticədə 10 nəfər itkin düşüb. İtkin düşən neftçilərdən birinin meyiti tapılıb.
Faktla bağlı Baş Prokurorluq Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi qaldırıb.

Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb