iran

İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərliyi ilə nümayəndə heyəti bugündən Bakıda səfər edib. Bu barədə Azərbaycanın İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda deyilir.

Dekabrın 29-dək davam edəcək səfər çərçivəsində Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 11-ci iclası, Azərbaycan-İran biznes-forumu və dövlət rəsmiləri ilə görüşlər keçiriləcək, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediləcək.

İran nümayəndə heyəti səfər zamanı, həmçinin Naxçıvan Muxtar Respublikasına səfər edəcək, rəsmi görüşlərdə və bir sıra tədbirlərdə iştirak edəcək.

Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb