Fərhad Bədəlbəyli
farhad-badalbejli

Bu gün azərbaycanlı pianoçu, Bakı Musiqi Akademiyasının rektoru, SSRİ xalq artisti, bəstəkar və musiqi müəllimi Fərhad Şəmsi oğlu Bədəlbəyli 69 yaşının tamam olmasını qeyd edir. O, 1947-ci ilin dekabrın 27-də Bakı şəhərində Azərbaycan SSRİ xalq artisti, rejissor Şəmsi Badəlbəylinin ailəsində anadan olub. 1969-cu ildə Ü. Hacıbəyov adına konservatoriyanı, 1971-ci ildə isə Moskva konservatoriyasının aspiranturasını bitirib. F. Bədəlbəylinin repertuarında müxtəlif üslublar və dövrlərin (İ. Bax, L. Bethoven, İ. Brams, R. Şuman, B. Bartok ), o cümlədən, Azərbaycan bəstəkarlarının (Ü. Hacıbəyov, Q. Qarayev, F. Əmirov) əsərləri mövcuddur.
*
Oqtay Kazımov
Sovetlərin və Azərbaycan bəstəkarı, Azərbaycanın xalq artisti Oqtay Məmməd oğlu Kazımov 27 dekabr 1932-ci ildə Astara şəhərində anadan olub.
Azərbaycanda ilk rok-operanın müəllifi və Azərbaycanın əməkdar incəsənət xadimi.
Bəstəkar 9 avqust 2010-cu ildə 77 yaşında vəfat edib.

*
Emanuil Vitorqan
xl_20141227172709

RSFSR-in və Rusiyanın əməkdar artisti Emanuil Vitorqan 27 dekabr 1939-cu ildə Bakıda anadan olub. Leninqrad teatr, musiqi və kinematoqraf institutunu bitirib.
İçindən ən məşhur olan: "Namuslu Marta", "Dəhşətli bazar", "Sehrbazlar", "Seçgi günü" 130-dan çox filmdə çəkilib.
Həyatının müxtəlif dövrlərində A. S. Puşkin adına Pskov Dram teatrında, Leninqrad dram və komediya teatrında, Lenin komsomolun adına Leninqrad teatrında, Taqankadakı teatrda və V. Mayakovskinin adına Akademik teatrda işləyib.
2016-cı ildə Emanuil Vitorqan Bakıya növbəti səfər çərçivəsində "Sənə hər şey üçün minnətdaram!" adlı konsert proqramı ilə çıxış edib. Artistin yaradıcılıq axşamı tam anşlaq ilə M. Maqomayev adına Azərbaycan Dövlət filarmoniyasının səhnəsində keçdi. Artist tamaşaçılara müraciət edib, və Bakıya hər dəfə böyük məmnuniyyətlə gəldiyini və taleyə Bakı kimi gözəl şəhərdə anadan olması üçün minnətdar olduğunu bildirdi.
*
Sergey Bodrov
Sovetlərin və Rusiya aktyoru, kinorejissor, ssenarist və teleaparıcı Sergey Sergeyeviç Bodrov 27 dekabr 1971-ci ildə anadan olub. "Qardaş", "Qardaş 2", "Qafqaz əsiri", kimi məşhur filmlərdə baş rollarda çəkilmişdi.
20 sentyabr 2002-ci ildə Karmadon dərəsində buzlaq sürüşməsi oldu və məhz həmin axşam faciəli təsadüf olaraq aktyor və "Rabitəçi" filminin çəkiliş qrupu orada idilər. Sergey Bodrovun cəsədi tapılmadı, rəsmi olaraq o itkin düşmüş sayılır.

*
Səməd Ağa Ağamalı oğlu
Azərbaycanın və Sovetlərin siyasi və dövlət xadimi, Azərbaycan SSRİ-nin Kənd Təsərrüfatının Xalq komissarı, Azərbaycan SSRİ MİK sədri 27 dekabr 1867-ci ildə anadan olub. O ADR-ın parlamentində (1918-1920) "Hümmət" partiyasının menşevik qolunu təmsil edirdi. Azərbaycanda əlifba islahatını keçirilməsi ilə məşhur olmuşdur.
*
İbrahim Zeynalov
Məşhur heykəltəraş, Dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi, xalq rəssamı, Azərbaycan Respublikasının prezident təqaüdçüsü İbrahim İsmayıl oğlu Zeynalov 27 dekabr 1934 ildə Bakı şəhərində anadan oldu. Cavan yaşlarından onun incəsənətə böyük marağı olub və bu maraq onu 1951-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət rəssamlıq məktəbinə gətirdi.
İbrahim Zeynalov həmişə öz zəngin biliklərini və təcrübəsini yeni rəssam nəslinin tərbiyəsinə ötürərək, Azərbaycanın milli mədəni irsinin təbliğinə, tədrisinə və qorunmasına bütün gücünü verirdi.
*
İohann Kepler
27 dekabr 1571 ildə alman riyaziyyatçısı, astronom, mexanik, optik, Günəş sisteminin qanunlarının kəşf edən İohann Kepler anadan olub. Alim 15 noyabr 1630-cu ildə qısa müddətli xəstəlikdən sonra vəfat etdi. Uzun illər İohann Keplerin nəzəriyyələrinə şübhə ilə yanaşıblar. Lakin, sonra alimlər Keplerin nəzəriyyələrini yoxlamağa və tədricən onun kəşfləri ilə razılaşmağa başladılar.

*

Lui Paster
louis_pasteur

Fransız alimi, kimyaçı, mikrobiologiya və immunologiyanın banilərindən biri Lui Paster 27 dekabr 1822-ci ildə anadan olub. O, kimyada yeni istiqaməti olan - stereokimyanı kəşf edib. Kimya və fizika professoru, Paris, Fransa və Peterburq elmlər akademiyasının üzvü olub. Onun tibbin, kimyanın və biologiyanın inkişafına verdiyi töhfəsi əvəzsizdir. O, sonradan onun şərəfinə "pasterizasiya" adlandırılan ərzaq məhsullarının sterilizə üsulunu kəşf edib.

*

Marlen Ditrix

84658399_large_4156496_0aaaafbcdeb3ef5704f5f6a270629e436dad4d114146385

ABŞ və Almaniya aktrisası və müğənnisi hamının Marlen Ditrix kimi tanıdığı Mariya Maqdalena Ditrix 27 dekabr 1901-ci ildə anadan olub. İdeal kino qadın obrazı yaratmış Ditrix dəbə, kinoya, üsluba və qadın şüuruna güclü təsir göstərib. O, həyəcanlandıran cazibədar, eyni zamanda cəlbedici və əlçatmaz qadın obrazı idi. O, 50-dən çox filmdə çəkilib. Onların arasında ən məşhurları :
"İttihamın şahidi ", "Nyürnberq prosesi", "Tamaşa qorxusu" və s.

Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb