Azərbaycan prezidenti İlham Əliyev 2017-ci il dövlət büdcəsi haqqında qanunu təsdiqləyib.

2017-ci il dövlət büdcəsinin gəlirləri 16 mlrd. 255 mln. manat (3,37% azalma), xərcləri 16 mlrd. 900 mln. manat (8,62% azalma) məbləğində təsdiq edilib. Büdcə kəsiri 645 mln. manat  və ya 1,05% ÜMD nisbəti təşkil edib.

2017-ci il dövlət büdcəsinin proqnoz göstəriciləri bir barel neftə görə 40 dollar hesabı ilə formalaşıb.

Qeyd etmək lazımdır ki, Azərbaycan hökuməti ilk dəfə islahatlarla bağlı xərcləri dövlət büdcəsində ayrı maddə ilə qeyd edib. Gələn il bu vəsait 697 mln. manat təşkil edəcək. Lakin, hökumət həmin vəsaitin sərf olunacağı islahatların istiqamətini açıqlamır.

Dövlət büdcəsinin iqtisadi təsnifatına əsasən, bu məqsədlərə xərclər "Qeyri-maddi aktivlərin alışı" bölümündə qeyd edilir (İnterfax Azərbaycan).

2017_ilham_aliyev_04