Belarusun Neft emalı zavodları (NEZ) Azərbaycan neftini təkrar emal etməyə hazırdırlar. Bu barədə Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç mətbuat konfransında deyib.

"Belarusda iki neft emalı zavodu var - Mozır və Novopolitskdə. Hazırda bu zavodların texniki imkanları Avro-5 və  Avro-6 standartına uyğun neft məhsulları istehsal etməyə rəvac verir. Hər iki tərəf Azərbaycan neftinin Belarus NEZ-də emal etməkdə və sonradan keyfiyyətli neft məhsullarının əlavə dəyərlə xaricdə satmaqda maraqlıdır", - deyə səfir vurğulayıb.

Onun sözlərinə görə, bu il Mozır neft emalı zavodu Azərbaycandan 85 min ton neft alıb, bu da müəssisəsin işinin fasiləsiz təşkilinə imkan verib.

Səfir qeyd edib ki, Azərbaycan və Belarus neft sahəsində əməkdaşlıq üçün böyük potensiala malikdir və tərəflər bu məsələ üzrə danışıqları intensivləşdirməlidir.

4081217b-580e-4bd6-8079-47715e6fa848