"Danışıqlar İranın prezidenti Həsən Ruhaninin bu yaxınlarda Orta Asiya ölkələrinə baş tutan səfəri çərçivəsində keçirilir", - M.Musəvi qeyd edib.
Onun sözlərinə görə, İran region ölkələri, xüsusilə Orta Asiya və Qafqaz ilə dəmiryol əlaqələrini gücləndirmək niyyətindədir. Məqsəd Asiya və Avropa arasında yükdaşımalara təkan verməkdir."Dörd ölkənin dəmiryol səlahiyyətliləri danışıqları gündəmdə saxlayır, onların növbəti görüşünün altı aydan sonra keçirilməsi planlaşdırılır", - İran rəsmisi əlavə edib.
