Əhməd bəy Bədəlbəyli

200px-ahmed_agdamski

Azərbaycan opera müğənnisi, teatr və kino aktyoru Əhməd Bəşir oğlu Bədəlbəyli 5 yanvar 1884 Şuşa şəhərində anadan olmuşdur. 1910-cu ildə "Nicat" Xeyriyyə Cəmiyyətinin teatr truppasında səhnə fəaliyyətinə başlamışdır. Əvvəlcə qadın rollarını oynamağa başlamış, daha sonradan kişi rolları oynayıb. Bundan başqa pedaqoji fəaliyyətlə də məşğul olub.Qadın rolları oynadığı üçün davamlı sıxışdırılırdı. Əhməd bəy soyadını və yaşayış yerini dəyişdi. 1920-ci illərin əvvəlində Qarabağa qayıdaraq 1923-cü ildə Ağdam şəhərində teatr truppasını yaradır. 1934-cü ildə Ağdaş şəhərinə köçür. 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.
Xalası oğlu olan Üzeyir Hacıbəyovun əsərlərində Leyli ("Leyli və Məcnun"), Əsli ("Əsli və Kərəm"), Gülnaz ("O olmasın, bu olsun"), Gülçöhrə ("Arşın mal alan"), Minnət ("Ər və arvad"), Təhminə ("Rüstəm və Söhrab"), Xurşudbanu ("Şah Abbas və Xurşudbanu") rollarında çıxış edib.
1916-ci ildə Əhməd bəy Ağdamski Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında çəkilən Azərbaycanın ilk kinokomediyası "Arşın mal alan"da çəkilib.

*

Şirin Mirzəyev

150px-shirin_mirzoev

Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Şirin Mirzəyev 5 yanvar 1947-ci ildə Xankəndi şəhərində anadan olmuşdu.
Peşəkar hərbçi olarkən SSRİ-nin müxtəlif yerlərində xidmət etmişdi.
1991-ci ildə xidmət etmək üçün Azərbaycanın ən problemli nöqtəsinə Ağdama gəlmişdir. Bölük komandirinin müavini, batalyon komandirinin müavini, diviziya komandirinin müavini vəzifələrində xidmət edib və 9 oktyabr 1991-ci ildə Xocalı rayonunda batalyon komandiri təyin olunmuşdu. 1992-ci ilin iyun ayının əvvəlində Azərbaycan komandanlığı tərəfindən miqyaslı hücum planı hazırlanmışdı. O plana əsasən Azərbaycan orduları eyni zamanda düşmənə üç tərəfdən zərbə endirməli idilər. Hərbi texnika, silah-sursat çatışmazlığına baxmayaraq, Ş.Mirzəyəv batalyonun müvəffəqiyyətli irəliləyişini təmin edərək Ağdamın Fərrux, Pircamal, Qazançı, Ballıqaya, Qaraşlar, Bəşirli, Sirxavənd, Ağbulaq, Dəhraz, Naxçıvanik kəndlərini azad etmişdi.
18 iyun 1992-ci ildə polkovnik-leytenant Şirin Mirzəyəv Bakıdan xidməti səfərdən qayıdarkən minaya düşərək həlak olub.
Ölümündən sonra 16 sentyabr 1994-cü ildə "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif edilib.
Adına Bakı şəhərinin Nizami rayonunda küçə var. Xidmət etdiyi hərbi hissənin həyətində abidəsi qoyulmuşdur.

*

Kinq Kemp Jillet

jillet

Amerika ixtiraçısı, "The Gillette Company" şirkətinin yaradıcısı Kinq Kemp Jillet 5 yanvar 1855-ci ildə ABŞ-ın Viskonsin ştatında anadan olmuşdu.
40 yaşlı Jillett üzünü qırxarkən, bezdirici ülgüc itilimə prosesini necə asanlaşdırmağın yollarını fikirləşdi. O, sıxılmış laylar arasında qalan və kütləşdikdə dəyişilə bilən ülgüclərdən ibarət üzqırxan alət düzəltmək fikrinə gəlir.
O, 1901-ci ildə ixtirasını istehsal edə bilən şərikini tapdı. Jillett həmin ildə `The Gillette Company` şirkətinin əsasını qoyur, və 1903-cü ildə seriya istehsalına başlayır. İlk ildə 168 alət və 51 ülgüc dəsti, ikinci ildə isə 90.000 alət və 123.000 ülgüc dəsti istehsal edilir. İstedadının hesabına Jilett iki ildən sonra milyonçu oldu.
Jillet markanın ilk simalardan biri olub – onun şəkili və imzası ülgüclərin bağlamaları üzərində çap olunurdu.
I Dünya Müharibəsində iştirak edən əsgərlər üçün ABŞ dövləti 1917-ci ildə Cillettə 36 milyon ülgüc alət dəsti sifariş verir.
Kinq Jillet 1929-cu ilin birja iflasının nəticəsində bütün var-dövlətini itirdi və Direktorlar şurası onu şirkəti tərk etməyə məcbur etdi.

*

Yakob Bernulli

jakob_bernoulli

Yakob Bernulli 5 yanvar 1654 –cü ildə Bazel şəhərində tanınmış əczaçı Nikola Bernullinin ailəsində anadan olub.
Ehtimal nəzəriyyəsinin və riyaziyyat təhlilinin yaradıcılarından biridir.
Yakob Bernulli variasiya hesabının yaradılmasına və analitik həndəsənin inkişafına böyük töhfə vermişdir. Lemniskata Bernulli onun adını daşıyır. O, sikloid, parabolanı və xüsusən loqarifm spiralını tədqiq eləmişdir.
Yakob Bernulli həm də hesab, cəbr, həndəsə və fizika üzrə müxtəlif əsərlərin müəllifidir.

Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb