Naxçıvanla Batumi arasında birbaşa reys açılacaq

p03vfmdq

Bu ilin yayından Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasında birbaşa uçuş aviareysləri təşkil olunacaq.
"Interfaks-Azərbaycan"ın xəbərinə görə, bu barədə Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Zurab Pataradze məlumat verib: "Yay mövsümündə Batumi ilə Naxçıvan arasında birbasa aviamesajların ötürülməsinə başlanması planlaşdırılır".
Acarıstanın başçısı qeyd edib ki, bu, onun Naxçıvana ilk rəsmi səfəridir və məqsəd regionla, o cümlədən cari layihələrlə tanış olmaqdır.
Zurab Pataradze birgə planların həyata keçirilməsi üçün Naxçıvan və Acarıstanın böyük potensialının olduğunu deyib.


* * *

Azərbaycanda arıçılıq problemləri müzakirə olunacaq

1290_1

III Azərbaycan Beynəlxalq arıçılıq konfransı 4-6 fevral tarixlərində Bakının Novxanı qəsəbəsində keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, konfransda arıçılıq sahəsində yerli və xarici mütəxəssislər, dövlət təşkilatlarının nümayəndələri, alimlər və arı istehsalçıları iştirak edəcək. Konfransda iştirak etmək üçün arıçılıqla məşğul olan 155 nəfər artıq qeydiyyatdan keçib.


* * *

Türkiyə turizmdən gələn gəliri 86 milyarda çatdırmaq niyyətindədir

168228-turkey-sees-its-star-rise-in-world-tourism-stakes

Türkiyə 2023-cü ilə qədər turizmdən gələn gəliri 86 milyard dollara çatdırmağı qarşısına məqsəd qoyub. "Biz yaxın illərdə Türkiyəyə turist axınının 8 milyon nəfərə, eləcə də, turizmdən gələn gəlirin yaxın illərdə 50 milyard dollara, 2023-cü ilə qədər isə 86 milyard dollara çatması üçün hər cür səy göstəririk" - deyə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan turizm sənayesinin işçiləri ilə görüşü zamanı bildirib.
O, həmçinin Türkiyəyə turistlərin cəlb olunması sahəsində yeni kampaniyanın başlanması haqqında məlumat verib. "Bu, əsasən xaricdə yaşayan Türkiyə vətəndaşlarına istiqamətlənəcək" - Türkiyə lideri bildirib.
Türkiyə Mədəniyyət ve Turizm Nazirliyinin hesabatına görə, 2016-cı ildə ölkəyə 25 milyon 350 min xarici turist səfər edib, bu isə 2015-ci il ilə müqayisədə 30,1% azdır. Türkiyənin 2016-cı ildə turizmdən gələn gəliri 2015-ci il ilə müqayisədə 29,7% azalaraq 22,1 mlyd dollar təşkil edib.


* * *

Smartfonlar üçün ilk uçan üzlük yarandı

ffdb1abe829d5797c014e765216dfc6d

ABŞ-da smartfonlar üçün dünyada ilk uçan üzlük yaranıb. Pilotsuz cib cihazı selfi çubuğunu əvəz edəcək və kiçik hündürlükdən şəkillər çəkməyə imkan verəcək. İlk uçan üzlük artıq ABŞ-da satışa çıxarılıb. Kiçik cihaz Selfly adlanır, bir düyməni basmaqla o yenidən telefon üçün üzlüyə çevrilir. Digital Trends xəbər verir ki, aksesuar bazarından selfi-çubuqları çıxara biləcək olan cihaz Amerika internet-mağazalarında satışa çıxarılıb.
Bu cihaza Full HD rejimində çəkməyə imkan verən 8 mp kamera quraşdırılıb, ona görə də bu üzlük təkcə telefon üçün üzlüyü yox, smartfonun özünü də əvəz edə biləcək.
Yeni cihazın çatişmazlıqları da var. İlk öncə batareyanın tutumu 650 mA/s-dır, bu da uçuş zamanı ancaq 5-7 dəqiqə çəkiliş etməyə imkan verir. Üzluk kimi onu ekranı 6 düymdən böyük olmayan istənilən müasir smartfonlarda istifadə etmək olar.
Mənbədən verilən məlumata görə, bu yeniliyin qiyməti 79-100 dollar arasındadır.



We & WE( We & World Economics ), Azərbaycanın biznes və iqtisadiyyat haqqında jurnalı
Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb