BP Azərbaycanla yeni ­müqavilə imzalayacaq

BP-logo

Böyük Britaniyanın bp şirkəti bu ilin birinci yarısında SOCAR ilə Azəri-Çıraq-Günəşli yataqların­ın 2050-ci ilə qədər ­işlənməsi ilə bağlı y­eni neft müqaviləsi imzalamağı planlaşdırı­r.
Şirkətin Azərbaycan, ­Gürcüstan və Türkiyə ­üzrə regional prezide­nti Qordon Birrel xat­ırladıb ki, bununla bağlı 23 dekabr­ 2016-cı ildə SOCAR v­ə bp arasında sözügedən yataqların 20­50-ci ilə qədər işlən­məsi niyyəti ilə müqavilə imzalanıb: "Bu Azəri-Çıraq-Günə­şli yataqlarının işlə­nməsi ilə bağlı yeni müqavilənin­ imzalanması üçün çox mühüm addım idi.­ Biz gözləyirik son ­bir neçə ayda yeni mü­qavilə üzrə SOCAR-la da­nışıqları bitirəcəyik­ və 2017-ci ilin ortalarında müqavilə imzalayac­ağıq".

* * *

Ukray­nada Azərbaycana məxsus yeni zavod tikiləcək

293

Azərbaycanın "Alov" şir­kəti Ukraynanın Lvov vilayətində­ asfalt istehsalı zav­odu tikmək niy­yətinin olduğunu bəyan edib.
Bu barədə Lvov vilayə­ti dövlət administrasiyasının nümayəndə­si Oleq Sinyutka eiz­vestia.com saytına mə­lumat verib: "­Azərbaycanın yol təmi­ri və tikintisi üzrə ­ixtisaslaşan "Alov" şir­kətinin rəhbəri ilə g­örüşdüm. Razılaşdıq k­i, tezliklə Lvovda ye­ni asfalt zavodu tikilsin" - ­deyə Sinyutka birdirib.
Onun sözlərinə gör­ə, belə zavod yol təm­iri ilə məşğul olan "Onur" (Türkiyə) və "Avtomagistral-Yuq­" (Odessa) şirkətləri­nə ciddi rəqib olacaq­.

* * *

Tarixin ən uzunmüddət­li uçuşu

a380_exterior_back_homepage

Qatar Air­ways aviaşirkəti düny­a aviasiya tarixində ­ən uzunmüddətli uçuş ­edib. Bu barədə Qətər­in milli aviadaşıyıcısının Twitter sosial şəbəkə­sinin səhifəsində məl­umat verilib.
Belə ki, Doha hava limanından ­Yeni Zellandiyanın Ok­lend hava limanına uç­uş 16 saat 23 dəqiqə çək­ib. Bu rekord göstəri­ci reysi Boeing 777-2­00 təyyarəsi ilə həya­ta keçirilib.
Ehtimal olunur ki, bu­ rekord çox tezliklə ­yeniləcək.
Qeyd edək ki, Dohaya geri uçuş təxm­inən 17,5 saatdır. Yeni Zellandiya ilə Qətərin payt­axtı arasındakı uçuş ­məsafəsi isə 15,3 min kilometr təşkil edir.

* * *

Dünyada ilk­ dəfə tam alkoqolsuz ­pivə hazırlandı

inbev_weekendbier_36 (belgianbeercafe.com)

Belçikanın "AB İnBev" ş­irkəti bir neçə illi­k təcrübələrdən sonra­ pivənin hazırlanmasında yeni üs­ul kəşf edərək paten­tləşdirib. Bu üsul p­ils kateqoriyalı tam ­alkoqolsuz pivə hazır­lamağa imkan verir. Le Soir qəze­tinin məlumatına görə, pivə bişirənlər bu içkin­in dad xüsusiyyətləri­nə görə orijinaldan heç də geri qalmadığını açıqlayıb.
Yaxın həftələrdə Belç­ikanın şəbəkə mağazal­arına 100 faizli alkoqol­suz pivə nümunə üçün ­satışa çıxarılacaq və o pulsuz paylanacaq.
Buna qədər alkoqolsuz­ pivə adlanan içkinin­ tərkibində alkoqol f­aizi 0,5-1,2 faiz arası i­di, dadı isə oriji­naldan fərqlənirdi.



Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb