Bu gün Beynəlxalq Radio Günü qeyd olunur. Bundan başqa, 13 fevralda doğulanlar üçün əlamətdardır.
Detektiv janrının dünyaca məşhur nümayəndələrindən biri olan Belçika yazıçısı Jorj Simenon, məşhur opera müğənnisi Fyodor Şalyapin, Azərbaycan incəsənətinin məşhur isimlərindən müğənni Nisə Qasımova və kinorejissor Şahmar Qəribov fevralın 13-də anadan olublar.


World Radio Day

6dfcd03675bc1e2ace65d6abac34fa8b

Bu il altıncı dəfədir ki, Dünya Radio Günü keçiriləcək ki, bu da kütləvi informasiya vasitəsi olan radionun əhəmiyyətini vurğulamaq üçün nəzərdə tutulub.
İlk dəfə UNESCO-nun konfransında elan olunduqdan sonra 2012-ci ildən etibarən bu gün qeyd olunmağa başlayıb. Hər il 13 fevral tarixinin qeyd olunması qərarını UNESCO-nun baş konfransı 2011-ci ildə qəbul edib.
Bu tarix təsadüfən seçilməyib – məhz 13 fevral 1946-cı ildə ilk dəfə, stansiyası Birləşmiş Millətlər Təşkilatının qərargahında yerləşən "BMT radiosu" efirə çıxıb.
World Radio Day - 2017 "Radio – sizsiniz!" şüarı altında keçirilir. Şüar ictimaiyyət və cəmiyyət nümayəndələrinin radio yayımının planlaşdırılmasında və siyasətin formalaşdırılmasında daha aktiv etməyə çağırış kimi seçilib.
Beynəlxalq Radio Gününün əvvəlki mövzuları özündə gender bərabərliyi, humanitar və fövqəladə vəziyyətlərdə gənclərin iştirakı və radionun rolunu əks etdirib. 2016-cı ildə Beynəlxalq Radio Gününün qeyd olunması çərçivəsində dünyanın 80-dən artıq ölkəsində 380-dən çox tədbir təşkil olunmuşdu.


* * *

Nisə Qasımova

nise qasimova

Müğənni, Azərbaycanın xalq artisti Nisə Qasımova 13 fevral 1954-cü ildə Bakıda anadan olub.
1962-ci ildə, 8 yaşında "Bənövşə" uşaq xorunun solisti, 1971-ci ildə isə Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında "Lalə" qızlar ansamblının solisti olub. 70-ci illərin əvvəllərində müğənninin ifa etdiyi "Ay ellər", "Sənsən Həyatım", "Eşqimi sönməyə qoymaram", "Gözləyəcəyəm", "Qəşəngdir" mahnıları hit olur və beləcə milli səhnədə yeni ulduz parlayır.
"Azərbaycan qızıyam" mahnısı Nisə Qasımovanın məşhurlaşmasında böyük rol oynayır. 21 yaşında Nisə Qasımova Dövlət Televiziyasının solisti olur və Moskvaya Vyaçeslav Mişerinin rəhbərliyi altında Dövlət elektro-musiqi orkestrinə rəhbərlik etməyə dəvət alır, burada da "Gül bir az", "Gözləyəcəyəm", "Leyla" kimi kompozisiyaların daxil olduğu ilk albomunu yazdırır.
1979-cu idə onun ilk plastinkası çıxır. 90-cı illərin əvvəllərində Nisə Qasımova dövlət kanalındakı "Ulduzlar görüşəndə" layihəsinin ilk aparıcı-ifaçısı olur. Daha sonra "Yalandı dünya" albomunu yazdırır və "Yalvarıram", "Qayıtdım", "Məni satdın nəfsinə" hitlərini hazırlayır. Solo konsert verir, gəncləri dəstək məqsədilə "Kainat" studiyasını yaradır. Daha sonra, "Ömrümdən gedən illər", "The best of", "İkinci bahar" albomlarını buraxaraq, 2005-ci ildə Heydər Əliyev Sarayında "Şəhanə sevgimlə" adlı konsert verir və xarici ölkərə qastrol səfərlərinə yollanır. Son illərdə ANS və SPACE kanallarında aparıcı kimi fəaliyyət göstərib.
"Nisə xanim Qasımova fondu" adlı xeyriyyə fondu yaradır və 2008-ci ildə "Birliyə dogru" Beynəlxalq humanitar təşkilat tərəfindən "Əlimi tut, səninləyəm" fəxri diplomu ilə mükafatlandırılıb.
"Həyat və..." (2003), "Qızlar" (2007), "Oyunçu" (2008), "Xoş Vaxt olun" (2007) filmlərində çəkilib.


* * *

Jorj Simenon

58004999

Ədəbiyyatda detektiv janrının dünyaca ən məşhur nümayəndələrindən biri, daha çox özünün polis komissarı Meqre haqqında detektiv nəsr əsərləri ilə məşhurdur.
Jorj Simenon 13 fevral 1903-cü ildə Belçikanın Lyeje şəhərində işçi ailəsində anadan olub.
1929-cu ilin qışında Simenon komissar Meqrenin iştirakı ilə özünün ilk romanını yaratdı. Romanın özü "Piter Latış" məşhur olmasa da, komissar Meqre haqqında əsərlər seriyasının - "Cənab Qalle öldü", "Sen-Folyen kilsəsinin qapılarında asılmış", "Barjadan atlı", "Əyan", "Başın qiyməti", "Meqre səyahət edir", "Meqre və avara" və sairin təməlini qoyur.
Romanların uğuru bütün gözləntiləri keçdi. Onların müəllifi öz əsərlərini öz əsl adı ilə imzalamağa başladı – Jorj Simenon.
Onun hesabında 425 kitab var ki, onların da arasında 16 təxəllüs altında 200 sellüloz romanlar, öz adı ilə 220 roman və 3 tomdan ibarət avtobioqrafiya mövcuddur.
Əfsanəvi kriminal polis komissarının iştirakı ilə 80 əsər çap olunub. Bəzi tənqidçilər hesab edir ki, Meqre obrazında Simenon öz xarakterinin bir çox cəhətlərini, hətta öz vərdişlərini ifadə edib. Yazıçı onun özü ilə qəhrəmanını qarışdırmamağa çağırır, lakin çox vaxt Meqrenin ifadələrinə öz düşüncələrini və həyat və insanlar barədə anlayışlarını daxil edirdi.
1972-ci ilin sonunda Simenon "Oskar" romanını yarımçıq qoyaraq, yeni kitab yazmamağı qərara alır. Bunun üçün elə də xüsusi bir səbəbi yox idi, sadəcə olaraq, yazıçı yorulmuşdu və bir müddət öz qəhrəmanlarının həyatı ilə yox, öz həyatı ilə yaşamağa qərar vermişdi. Bir müddətdən sonra, onun "Mən diktə edirəm" adlı sonuncu avtobioqrafik kitabı çapdan çıxıb.
Simenon dünyada kitablarının tərcümə sayına görə Belçika yazıçıları arasında birinci yerdədir.




Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb