Visa və tərəfdaş bankları tərəfindən hazırlanan innovativ ödəniş məhsullarını sınaqdan ilk olaraq siz keçirin.

Visa_logo_2014

Kiyev, 8 may 2017-ci il – Visa (NYSE: V), Kiyevdə keçiriləcək Avroviziya 2017 Mahnı Müsabiqəsinin rəsmi tərəfdaşı olaraq, Avroviziya Şəhərciyində Visa İnnovasiyalar Stendinin açılışını elan edib. Stend, 4 - 14 may 2017-ci il tarixinədək B.Xmelnitski küç. və Prorizna küç. arasında Kreşatik küçəsində yerləşən Avroviziya Şəhərciyində saat 1-dən axşam 10-dək fəaliyyət göstərəcək.
Visa payWave kontaktsız texnologiyasının praktik sınağı, eləcə də Visa və tərəfdaş bankların: PrivatBank, FUIB, Raiffeisen Bank Aval və Oschadbank, innovativ məhsullarını yoxlamaq və almaq imkanı.

Kontaktsız NFC ödənişləri üçün PrivatBank tərəfindən təqdim olunan mobil əlavə

Sadəcə, Visa kartınızı Privat24 mobil pul kisəsinə əlavə edin və smatfonunuz vasitəsi ilə kontaktsız ödənişlərdən zövq alın. Əgər sizin Visa kartınız yoxdursa, bu, Visa demo stendində Avroviziya brendi altında olan ani kartı əldə edərək, 99 ədəd Samsung Galaxy A5 smarrtfonundan 1-ni qazanmaq imkanıdır.
İlk Ukrayna Beynəlxalq Bankı (İUBB) tərəfindən kontaktsız stiker formasında təqdim olunan öncədən ödənilmiş kart
Stikeri mobil telefona və ya hər hansı dogər cihaza yerləşdirməklə onu kontaktsız ödəniş alətinə çevirin.

Oschadbank tərəfindən təqdim olunan Visa payWave kontaktsız ani kart
Visa payWave kontaktsız kartını Oschadbank-dan bir anda alın - heç bir gözləmə müddəti və sənədlər olmadan. Bundan başqa, Oschadbank tərəfindən verilən Visa kartlarının sahibləri, hər 10 gündən bir, Avroviziya brendi altında olan hədiyyələr qazanmaq şansı əldə edəcəklər .

Kontaktsız ödənişlər üçün Raiffeisen Bank Aval tərəfindən təqdim edilən mobil əlavə
Siz, Avroviziya Şəhərciyində Avroviziya iştirakçılarının çıxışlarını izləyə və bundan əlavə Visa kart sahibləri üçün xüsusi təkliflərin üstünlüklərindən faydalana bilərsiniz. Məsələn, , Visa ödəniş kartl, stikeri və ya Visa ödəniş əlavəsi vasitəsi ilə, 500 Ukrayna qrivnası (təxm. 19 ABŞ dolları)-dan artıq ödəniş edən şəxslər, Avroviziya 2017 rəsmi mallarını 10% endirimlə əldə etmək imkanını qazanır.

________________________
1 Android 4.4 və ya daha sonrakı əməliyyat sistemi ilə çalışan NFC-dəstəkləyən smartfon
2 Promo-aksiya 5 - 13 may 2017-ci il tarixləri arasında olan dövrdə Avroviziya Şəhərciyi ərazisində keçiriləcək. Aksiyanın təfərrüatları, qaydaları və məhdudiyyətləri ilə PrivatBank-in vebsaytında privatbank.ua tanış ola bilərsiniz.
3 Daha ətraflı məlumat üçün: about.pumb.ua/ru/presscenter/news/item/3017-pumb-visa-predstavlyayutj-pershij-v-ukran-platzhni?info
4 Promo-aksiya 5 - 13 may 2017-ci il tarixləri arasında olan dövrdə Avroviziya Şəhərciyi ərazisində keçiriləcək. Aksiyanın təfərrüatları, qaydaları və məhdudiyyətləri ilə Oschadbank -in vebsaytında oschadbank.ua tanış ola bilərsiniz.
5 Promo-aksiya, müvəqqəti işğal olunmuş ərazilər və ATO ərazisi istisna olmaqla, Ukrayna ərazisində, 25 aprel 2017-ci il tarixindən 30 sentyabr 2017-ci il tarixinədək olan dövrdə keçiriləcək. Aksiyanın təfərrüatları, qaydaları və məhdudiyyətləri ilə Oschadbank -in vebsaytında (oschadbank.ua, promo.oschadbank.ua) tanış ola bilərsiniz.
6 Promo-aksiya 4 - 14 may 2017-ci il tarixləri arasında olan dövrdə Avroviziya Şəhərciyi ərazisində keçiriləcək.

Avroviziya əhval-ruhiyyənizi çəkin və şəkil və ya videounuzu Instagram və ya Twitter-də #visa2eurovision heşteqilə paylaşın. Ən gözəl şəkillər və ya videolar musiqili hədiyyələrlə mükafatlandırılacaqlar.

Avroviziya Şəhərciyində baş tutacaq Visa İnnovasiyalar Stendində görüşənədək.
Biz eyni dalğadayıq!

Visa şirkəti haqqında məlumat:

Visa Inc. (NYSE:V) – sürətli, təhlükəsiz və etibarlı elektron ödənişlər üçün 200-dən artıq ölkədə və ərazidə istehlakçıları, şirkətləri, maliyyə müəssisələrini və hökuməti birləşdirən qlobal ödəniş texnologiya şirkətidir. Biz, saniyədə 65,000 tranzaksiya məlumatını emal etmək gücünə malik, istehlakçılar üçün dələduzluqdan qoruyan, ticari-xidmət müəssisələrinə ödənişlərin yerinə yetirilməsi zəmanətini verən, ən qabaqcıl emal şəbəkələrindən biri olan - VisaNet-lə əməliyyat aparırıq.. Visa bank deyil, ödəniş kartları buraxmır, komissiyaları və ya faiz dərəcələrini təyin etmir. Bununla yanaşı Visa-nın innovativ həll üsulları maliyyə təşkilatlarına öz müştəriləri üçün geniş maliyyə alətləri təklif etməyə imkan verir. Bura debet kartlar, öncədən ödənmiş və kredit kartları məhsulları daxildir. Ətraflı məlumat əldə etmək üçün: www.visasoutheasteurope.com, www.visa.com.az, https://www.facebook.com/visaazerbaijan, Visa CISSEE Newsroom.

Əlaqə:

Anna Serdyuk
MDB və Cənub-Şərqi Avropa, Visa Korporativ əlaqələr üzrə meneceri
Tel.:+38044 22 00 300
aserdyuk@visa.com.


_____________________
7 Promo-aksiya 4 - 14 may 2017-ci il (daxil olmaqla) tarixləri arasında olan dövrdə keçiriləcək. Aksiyanın təfərrüatları, qaydaları və məhdudiyyətləri ilə vi.sa/2eurovision vebsaytında tanış ola bilərsiniz.
8 Visa İnterneşnl Servis Assosieyşn" (Visa International Service Association) (ABŞ) banklara Visa ödəniş kartlarını buraxmaq imkanı verir. Emitent-banklar Visa kartlarına məhdudiyyətlər qoymaq hüququna malikdir. Visa ödəniş kartlarının buraxılış və xidmət şərtləri ilə bağlı məlumat əldə etmək üçün emitent-banklara müraciət edin.. Emitent-banklar mövcud qanun əsasında məhsullara, xidmətlərə və onların istifadəsinə məhdudiyyətlər qoya bilər. Ətraflı məlumat əldə etmək üçün: www.visasoutheasteurope.com, www.visa.com.az, https://www.facebook.com/visaazerbaijan, Visa CISSEE Newsroom.



Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb