Bakı, 22 may 2017-cı il. Azərbaycanın ən iri banklarından biri – PAŞA Bank - müştərilərinə yeni, funksional baxımdan genişləndirilmiş "Internet Bank" xidmətini təqdim edib. Əvvəlki üstünlükləri ilə yanaşı, yenilənmiş xidmət vasitəsilə Bank müştərinin dəyərli vaxtına qənaət edib, onlara daha rahat və daha geniş bank xidmətlərini 24/7 rejimində təqdim edir.
PAŞA Bankın Baş Kommersiya inzibatçısı cənab Melih Mengünün qeyd etdiyi kimi, müasir texnologiyalar sayəsində adi bank əməliyyatlarının böyük hissəsini uğurla elektron mühitə köçürmək mümkündür: "Hal-hazırda PAŞA Bankın əməliyyatlarının 70%-ə qədəri "Internet Bank" üzərindən həyata keçirilir. Bu isə, Bankın müştərilərinin bu xidmətə olan etimadının və yeni sistemin istifadəçilərə verdiyi rahatlığın göstəricisidir".

pasha-bank-640

Qeyd edək ki, PAŞA Bankın yenilənmiş "Internet Bank" xidməti vasitəsi ilə bir toxunuşda toplu ödənişlər etmək və işçilərin əmək haqlarını köçürmək mümkündür. Bunlarla yanaşı bank-daxili, ölkə-daxili, beynəlxalq, vergi və büdcə ödənişləri etmək, dövri-təkrarlanan ödəniş tapşırıqlarını yaratmaq, birdəfəlik şifrə (OTP) savayı, ASAN İmza xidməti vasitəsilə ödənişlərini təsdiq etmək, standart və fərdi kursla valyuta mübadiləsi etmək, akkreditivlərə və bank zəmanətlərinə baxmaq, hesabdan detallı çıxarışları almaq və digər funksiyalardan bəhrələnmək mümkündür. Bu funksionallıqlara əlavə olaraq, son bir-neçə ay ərzində gedən davamlı yenilənmələr nəticəsində PAŞA Bank İnternet bank istifadəçisi olan fərdi sahibkarlar və hüquqi şəxslər aşağıda qeyd olunan əlavələrdən də faydalanırlar:
- Daha uzun əməliyyat günü və əməliyyatlar üzrə güzəştli xidmət haqqı
- Kütləvi və dövrü təkrarlanan ödənişləri həyata keçirərək biznesin fasiləsizliyinin təmin edilməsi
- Həyata keçirilən bütün ödəniş və köçürmələr, o cümlədən əmək haqqı ödənişləri üzrə dərin və detallı məlumatların analiz edilməsi
- Ödənişlərin yaradılması və imzalanması, istifadəçilərə uyğun limitlərin tətbiq edilməsi və digər nəzarət mexanizmlərindən istifadə
- Ticarət sektoru olaraq nəinki yalnız ödəniş və köçürmələr, eyni zamanda POS satış terminalları və elektron kommersiya saytları üzrə hər tranzaksiya üzrə ödənişlərin detallarını görə bilmək və real zamanda biznes analitikasını həyata keçirmək imkanı
Bu tip müştəri ehtiyaclarının reallaşdırılmasının və ölkəmizdə korporativ biznes sektoru daxilində digər maliyyə institutlarından öncə müştərilərinin istifadəsinə verməyinin səbəbi PAŞA Bankın rəqəmsal bankçılığı əsas prioritet qismində müəyyən etməsidir. Bankın fəaliyyətində əsas tutduğu prinsiplərdən biri müştərilərinin bizneslərinin inkişafını dəstəkləməkdir. Bunun üçün Bank öz xidmət ekosistemində yalnız banklarla deyil, həm də Maliyyə Texnologiyaları və Texnoloji şirkətlər ilə əməkdaşlıq edərək müştərilərinə yeni həllər təqdim edir.
PAŞA Bank
Əmir Məmmədov
Korporativ Kommunikasiyalar Departamenti
Telefon: 012 496 5000
Elektron poçt ünvanı: amir.mammadov@pashabank.az

Bank haqqında:
PAŞA Bank – Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 6 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 400 çox əməkdaş çalışır. "Europe Banking Awards" 2011, 2012, 2013 çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunmuşdur, 2013-2014-cü illərdə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülmüşdür. 2014-2015 illərdə "EMEA Finance" PAŞA Bankı "Azərbaycanın Ən Yaxşı Bankı" adlandırılmışdırlar. 2016-ci ildə Bank "World Finance" jurnalı tərəfindən "Ən Yaxşı Bank Qrupu" və "Ən yaxşı Kommersiya Bankı", Global Finance jurnalı tərəfindən isə "Ən yaxşı bank" mükafatları ilə təltif olunub.
PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.
www.pashabank.az

Бесплатная подписка на интернет-версию журнала We & World Economics wem_rss
Следите за нашими обновлениями в социальных сетях: wem_tw wem_ld wem_inst wem_fb