MONT Azerbaijan şirkətinin rəhbəri Günel Səfərəliyeva ilə müsahibə

Uğur sevdiyin sənəti tapmaq, sevmək və hər gün sevinməkdir. Bu mənada müasir qadına lazım olanlar 3 əsas anlayışda birləşir - ailə, karyera, daxili tarazlıq. Əsas dəyərlərə nail olmaq üçün hərə öz yolunu seçir. Bəzən bu yol tikanlı olduğu üçün uğura çatmaq əminlik və məqsədyönlülük tələb edir.
MONT Azerbaijan şirkətinin rəhbəri Günel Səfərəliyeva qadının biznesdə uğura nail olmaq və karyera qurmaq naminə hansı xüsusiyyətlərə malik olmalı olduğundan danışdı.


DSC_5717

Belə bir fikir var ki, qadın rəhbər güclü intuisiyası və kritik vəziyyətlərdə daha böyük emosional dözümlülüyü sayəsində kişiyə nisbətən daha çox üstünlüklərə malikdir. Bu barədə sizin də fikrinizi öyrənmək maraqlı olardı.
Düşünürəm ki, qadınların intuisiyası daha güclü inkişaf edib, kritik vəziyyətlərdə dözümlülüyə gəldikdə isə burada hər şey rəhbərin cinsindən çox, şəxsiyyətindən asılıdır. Lakin, hesab edirəm ki, ən yaxşı direktorlar qadınlardır, çünki onlar şirkətə öz evləri, ailələri kimi yanaşırlar. MONT şirkətlər qrupunun prezidenti Dmitriy Moskalev də eyni fikirdədir.

Şirkət rəhbəri olmaq üçün hansı keyfiyyətlərə sahib olmaq lazımdır?
Əlbəttə ki, ilk növbədə insanlarla işləmək bacarığı və kollektivdə inamlı münasibətlər qurmaqdır. Ondan daha az mühüm olmayan xüsusiyyətlər şəxsi uzaqgörənlik qabiliyyəti, vəziyyətin təhlilini aparmaq və çətin vəziyyətlərdə yol tapmaq imkanlarının olmasıdır. Bura ünsiyyətcilliyi, səbrli olmağı və vəzifələri həvalə etmək imkanını da əlavə etmək lazımdır.

Hansı professional uğurunuzu xüsusi olaraq qeyd edə bilərsiniz?
2012-ci ildə bizim şirkət MDB ölkələrində MONT-un bütün digər filialları arasında göstəricilərə görə lider oldu. Xatırlayıram ki, nə zamansa çoxdan mən Azərbaycanda, SQL (sorğuların standart dili) sahəsində Microsoft (MCTS) texnologiyaları üzrə ilk sertifikatlı qadın mütəxəssis olmuşdum.

DSC_5782

İnformasiya texnologiyaları sizin işinizdə və gündəlik həyatınızda necə rol oynayır? Evdə İT ilə bağlı hansısa çətinliklər olmur ki?
Bu gün informasiya texnologiyaları gündəlik həyatımıza o qədər inteqrasiya olunub ki, heç olmasa evdə onlardan dincəlmək istəyirsən. Lakin bu hər zaman alınmır. Bəzən qızım proqramlaşdırma üzrə kömək etməyimi istəyir və mən yaddaşımın dərinliklərindən bildiklərimi xatırlamaq məcburiyyətində qalıram. Yaxud da maliyyə hesabatları ilə işləmək lazım gəlir.

Bəs hansı texnologiyaya ehtiyacınız var, "internet-əşya" dünyasından hansı əşyanı 8 marta hədiyyə olaraq istəyərdiniz?
Çətin sualdır. Yəqin ki, köməkçi-robot.

Tabeliyinizdə çox işçi varmı? Rəhbər vəzifədə insanlarla iş zamanı vacib olan nədir?
Bizim kiçik və dinamik komandamız var. İşçilərin fikrini dinləmək, təşəbbüslərini təşviq etmək, entuziazm və ümumi mexanizmdə hər hansı bir bənd ümumi prosesi yubadırsa, anında reaksiya vermək bacarığı insanlarla işdə çox əsasdır.

Dress-kod və biznes. İş geyimində qadınlılığı və ciddiliyi necə birləşdirmək olar? Dəst seçimində özünüz üçün ciddi bir qadağanız varmı?
Qadınlıq və ciddilik qadın geyimində mükəmməl birləşir. Vacibdir ki, danışıqlarda geyim qarşı tərəfi əsas mövzudan yayındırmasın.

Şəxsi təcrübənizdə gender əsasında ayrı-seçkiliklə rastlaşmısınızmı və ya professionalizm və şəxsi xüsusiyyətlərin müəyyənedici rol oynadığını sübut etmək məcburiyyətində qalmısınızmı?
Xoşbəxtlikdən xeyr. Azərbaycanda MONT-un rəhbəri vəzifəsində bir neçə ay işləmək bizim bazarda mənim professionallığımı və şəxsi keyfiyyətlərimi qiymətləndirmək üçün kifayət oldu.

Günel xanım, konsertlərə və ya digər əyləncə məkanlarına tez tez gedirsiniz? Sizin fikrinizcə müasir iş qadınına hansı istirahət növləri və hobbilər lazımdır?
İnsanlar arasına istədiyim kimi tez-tez çıxa bilmirəm. Mənim üçün ən yaxşı istirahət növü ailəm ilə təbiətə çıxmaq və ya maraqlı kitab oxumaqdır. İlk növbədə bədii ədəbiyyatı sevirəm. Yaradıcılıq fəaliyyətini də sevirəm - rəssamlıq, interyer dizaynı və sair.



Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb