Kommunikasiyaların idarəedilməsi prosesi istənilən biznes sistemin ayrılmaz hissəsidir və deməli PR biznesin idarəsinin mühüm komponentidir. Dgər bir məsələ ondan ibarətdir ki, korporativ kommunikasiyalara daha az diqqət, zaman, güc və ən əsası maliyyə ayrılır. Rəqabət mühitinin gücləndiyi bir şəraitdə həqiqi və düzgün tarixi olmayan biznes bir şıltaqlıqdır, onun şöhrətinə xərclənmiş vəsaitlər isə icazəverilməz lüksdür. Buna baxmayaraq, düşünmək lazım deyil ki, Public Relations – PR böyük və orta biznes üçün nəzərdə tutulmuş alətdir. Kommunikasiyaların keyfiyyətli idarəolunması ölçüsündən asılı olmayaraq bütün kommersiya müəssisələrinə lazımdır.
Kommunikatorçu nüfuzlu, dəbli və bir çoxları üçün hələ də müəmmalı vəzifədir. Bizim region yenicə bu fikrə alışmağa başlayır ki, əgər şirkət uğurlu olub rəqiblərini ötmək istəyirsə, o halda müəssisənin idarəsinə korporativ kommunikasiyaları da daxil etmək lazımdır. PR-ın anlamı və onu oyrənmək qaydaları haqqında bizə Azərbaycanın nəhəng bankı olan "PASHA Bank"ın korporativ kommunikasiyalar şöbəsinin rəhbəri Sona Abbasova məlumat verdi.


FNK_2305++


Zəhmət olmasa öz işiniz haqqında danışın. PR mütəxəssisinin bugünkü fəaliyyəti 20 il əvvəlkindən nə ilə fərqlənir? Sizin iş gününüz necədir?
Kommunikasiya – müəssisənin xarici dünya ilə apardığı dialoqdur. Wall Street Journal jurnalının köhnə şüarında deyildiyi kimi "Money talks, we just translate" - pullar danışır, biz sadəcə tərcümə edirik. "Kommunikator" funksiyası rəqəmləri, ifadələri, diaqramları insanların inanacağı və onları ruhlandıracaq tarixə çevirməkdən ibarətdir.
Əvvəllər heç də hamı PR-ın mühümlüyünü görmürdü, onu şöhrət və şıltaqlıq hesab edirdilər. PR fəaliyyəti altında bir neçə pres-relizin buraxılması və çöl reklamlarının yerləşdirilməsi başa düşülürdü. Azərbaycanda korporativ mədəniyyət inkişaf etdikcə, öz fəlsəfəsini, strategiyasını və planlarını hazırlayan PR sahəsi də inkişaf etməyə başladı. Azərbaycanda korporativ aləm güclü və təcrübəli olduqca, PR da daha professional səviyyəyə qalxdı.
18 il bundan əvvəl mən o zamanlar Azərbaycanda az sayda kommersiya banklarından biri olan HBSC bankın Bakı filialında çalışmışam və korporativ kommunikasiya nöqteyi-nəzərindən bu tamamilə fərqli dünyadır. Biz baş ofisdən təlimatlar alırdıq və bizim işimizdə ciddi məhdudiyyətlər var idi – informasiyaların tərtibat və ötürülməsində yerli xüsusiyyətlər nəzərə alınmır, fəaliyyətdə heç bir azadlıq yox idi. Lakin indi Azərbaycanın öz bankları var. Bu gün mənim və digər banklardakı məslək yoldaşlarımın əminliyi və bankların istehsal etdiyi strategiyaların əsasında kommunikasiyaları necə qurmaq qərarını vermək müstəqilliyi var.
Mən şərəf duyuram ki, Azərbaycanın öndə gedən şirkətlərindən birində çalışıram və bir kommunikator kimi bütün vəsaitlərimiz, biliklərimiz və rəhbərliyin dəstəyi imkan verir ki, biz bankımız və onun Azərbaycan iqtisadiyyatına verdiyi töhfələr haqqında dünyaya məlumat verək.
Siz soruşursunuz ki, PASHA Bankda PR mütəxəssisinin işi necədir?.. Bizim işimizin gözəlliyi ondadır ki, bizim iki günümüz bir-birinə bənzəmir, onda görə də günü hər hansı bir çərçivə daxilinə salmaq çətindir.


Bu sənəti necə öyrənmək olar?
Əvvəllər "kommunikator" işini dəhlizlərdə öyrənirdilər, indi isə bu, tam dolğun bir dərs, ayrıca ixtisas sayılır. Mənə gəldikdə, 2016-cı ildə İE-də - dünyanın aparıcı biznes məktəblərinin birində korporativ kommunikasiyalar üzrə magistr dərəcəsi aldım. Bu çox gözəl il idi mən nəinki Harvard, Mit və Priston Universitetlərinin müəllimlərinin, həm də vaxtilə qrup yoldaşlarım olan, indi isə aparıcı dünya brendlərinin korporativ kommunikasiyalar xidmətlərinin rəhbərlərinin mühazirələrində iştirak edirdim.


Bankın PR xidmətinin işi digər şirkətlərin PR-mütəxəssislərinin işindən fərqlənirmi?
İş prinsipi hər yerdə eynidir – fərq etmir, siz maliyyə sahəsində yoxsa FMCG sahədə (Fast Moving Consumer Goods, yəni istehsal məhsulları) kommunikatorsunuz. Bu, hər hansı bir riyazi hesablamanı müxtəlif dillərdə həll etməyə bənzəyir.
Lakin bank sektorunda kommunikasiyaların xüsusiyyətləri və unikallığından da danışmaq olar. Belə ki, o, bir tərəfdən bank sirri anlayışını rəhbər tutaraq gizliliyi nəzərdə tutur, digər tərəfdən hər bir şəffaf müəssisə kimi bank öz maliyyə göstəricilərinə girişi təchiz etmək nöqteyi nəzərindən, əməkdaşlıq etdiyi müştərilərin və cəmiyyətin bankda əminliyini təmin etmək məqsədilə cəmiyyət qarşısında məsuliyyət daşıyır. Bu gün banklar 20-30 il bundan əvvəl olduqları kimi, onların kommunikasiyalarının bir tərəfli qaydada qurulduğu kimi ola bilməzlər. İndi biz web 2:0 dövründə yaşayırıq, insanlar onlara xidmət edən brendlərlə sosial şəbəkələrdəki akkauntları vasitəsilə dialoq qururlar. Hazırki həqiqətlərdə əgər bank uğur qazanmaq istəyirsə, o, bu dialoqların düzgün forma və məzmununu əvvəlcədən düşünməlidir. Bununla yanaşı, dialoqu həm bu müəssisənin daxilində bütün maraq göstərən tərəflərlə, həm də müştəri, jurnalist və cəmiyyətlə qurmaq lazımdır. Dialoqun hər bir iştirakçısı isə hüququnun yetdiyi hər bir informasiyanı əldə edə bilər. "PASHA Bank"ın fəlsəfəsinin əsasında düzgünlük və şəffaflıq dayanır. Biz var gücümüzlə cəmiyyətlə və müştərilərlə dialoqlar da daxil olmaqla dəyərlərimizə sadiq qalmağa çalışırıq.


Peşəkar kimi sizin üçün vəzifənizin əhəmiyyətliliyi nədir?
Mən xoşbəxt insanlardan biriyəm, belə ki, sevdiyim işlə məşğulam, işimdən ifadəolunmaz həzz alıram və bu heç bir maddiyyatla müqayisə oluna bilməz. Mənim komandamda bir çox cavanlar var ki, artıq yüksək ixtisaslı professionallara çevriliblər.
Mənim ən əhəmiyyətli vəzifəm "PASHA Bank"da işlədiyim müddətdə öz imic və kommunikasiyalarını düzgün qurmaqda şirkətlərə yardım edəcək yaxşı professionallar yetişdirməkdir. Bu daha çox bank sektoru kimi bir sahə üçün əhəmiyyətlidir. Burada əsas dəyər sənin şöhrətindir. Ən böyük aktiv sənin illərlə formalaşan düzgün adındır, hansı ki, o adı pozmaq bir anın içində mümkündür. Ona görə də öz şirkəti haqqında daha doğru, düzgün və gözəl məlumat verəcək insanların varlığına tələbat çoxdur. Azərbaycanda qürur duyacağımız faktorlar çoxdur. Bu işdə də PR mütəxəssislərinin və ya "kommunikatorşiklərin" işini qiymətləndirməmək olmur.
Britaniyanın elmi-populyar kitablarının müəlliflərindən biri Saymon Sinqx deyib: insanın şüuruna təsir etməyin 2 yolu var – onunla manipulyasiya etmək və ya onu ruhlandırmaq.
Manipulyasiya etmək uzunmüddətli və dayanıqlı deyil: web 2:0 dövrünün nümayəndələri sosial şəbəkələr vasitəsilə bir-birilərinə çox sıx bağlıdılar və biliyin birgə istifadəsi və mübadiləsi sisteminə (knolwegesharing) daxildirlər. İkinci yol qalır - Ruhlandırmaq! Hər bir kəsi öz inamınla və imkanlarına əminliyinlə, gələcəyə baxışınla və bu baxışın ətraf aləmi necə dəyişdirməsinə inandırmaqla ruhlandırmaq olar. Bütün bunlar həm kiçik şirkətlər, həm də "PASHA Bank" ölçülü banklar, həm də nəhəng konsernlər üçün keçərlidir. Bütün bu müəssisələrin öz tarixi var, bu tarixlər insanları ruhlandıra bilər və biz PR mütəxəssisləri tarixi insanların rahat qəbul edəcəyi formalara salırıq. Beləliklə, mənim ən əhəmiyyətli vəzifəm, insanları ruhlandırmaqda şirkətlərə kömək edən yaxşı professionallar yetişdirməkdir.


Keçən il həm bank sektoru üçün, həm də bütün ölkənin iqtisadiyyatı üçün kifayət qədər çətin bir il oldu. Sizin fikrinizcə, böhran vəziyyətlərində PR necə olmalıdır? Axı böhran vəziyyətində bank öz imicinin qorunmasına xüsusi diqqət yetirməlidir, deyilmi?
Mən düşünürəm ki, əsas məsələ öz müştərilərinlə, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə mümkün qədər açıq olmaqdır. Bu, bizim illər ərzində fəaliyyətimiz boyunca tutduğumuz yoldur və buna indi də riayət edirik. Eləcə də, 2016-cı il bizim üçün kifayət qədər məhsuldar oldu, hətta bankın gəlirinin indikindən daha aşağı olduğu illərdə biz cəmiyyəti, ilk növbədə müştərilərimizi bankın maliyyə vəziyyəti barədə məlumatlandırmağı özümüzə borc hesab edirdik. Təkrar edirəm müştərinin istənilən dövrlərdə - həm krizis, həm inkişaf zamanlarında əminlik hissi olmalıdır. Əgər sən müştəri ilə hər zaman səmimisənsə, əgər müştəri hər zaman bankın veb-səhifəsinə daxil olub öz maliyyə hesabatlarını, davamlı inkişaf haqqında hesabatları görə bilirsə, o, hər zaman şəffaf, açıq və vicdanlı olan biznes ortağı kimi səndə əmin olacaq. Bu da inam deməkdir.
Şəffaflıq çox vacibdir, ələlxüsus böhran illərində. Biz elə məhz özümüz haqqında informasiyanı vaxtinda çatdırdığımıza və hər zaman dialoqa hazır olduğumuza görə qalib gəlirik. Düzgün kommunikasiya və mövqeyimizin həqiqi əksi bizim üçün birinci yerdə dayanır. Biz münasibətlərə əsaslanmış bank mövqeyindən çıxış edirik, tərəfdaşlıq isə kommunikasiyalar, bankirlərlə müştərilərin, müştərilərlə əməliyyatçıların əlaqəsi, bankın bütün maraq göstərən tərəflərlə münasibəti əsasında qurulur. Məsələn, bizim müştərilərə bu ilki vədimiz ona əsaslanır ki, biz təkcə yaxşı zamanların tərəfdaşları deyilik. Yəqin bir çoxları bizim şüarımızı bilir – "Zirvələri fəth edirik. Birlikdə". Biz müştərilərimizin yüksəlib inkişaf etməyində, biznesin daha yüksək səviyyəsinə qalxmasında maraqlıyıq. Onlara, öz növbəsində, təkcə onların layihələrini maliyyələşdirməyə yardım edən deyil, eyni zamanda onların inkişafını dəstəkləyən, onlara məsləhət xidmətləri göstərən professional bank lazımdır. Biz ikitərəfli münasibətlərdən danışırıq: PASHA Bank müştərilərə yardım edir, müştərilər də banka yardım edir və ancaq birlikdə biz uğur qazana bilərik.


FNK_2292-edit


Belə bir ifadə var: "Qadına arzu lazımdır". Bununla razısınızmı?
18 yaşında insan bir şey arzulayır, 20 yaşında başqa şey, 30 yaşında isə tamamilə fərqli bir istəyi ola bilər. Ümumiyyətlə, arzu müvəqqəti bir məfhumdur, ona görə də 30-35 yaşından sonra sən artıq arzuya daha geniş substansiya ayırmağa başlayırsan, yəni şüurlu surətdə daha aydın qavrayırsan – hara getmək istəyirsən, bunu necə etməyə hazırlaşırsan, qarşına məqsəd qoyub onun inkişaf planını qurursan, riskləri hesablayırsan və məqsədinə doğru gedirsən.
Şirkətlərdə olduğu kimi müəssisələrin özlərinin də görüşləri olur hansı ki, bunu başqa cür uzunmüddətli məqsəd adlandırırlar. Yəni, 5-10 ildən sonra harada olmaq istəyirlər; missiya var – müəssisə öz məqsədinə doğru necə gedəcək və strateji məsələlər var – onları məqsədə getdiyi yolda həll edəcək.
Hər bir insanın müəyyən vaxt çərçivəsindən sonra harada olmaq istəyi barədə bir görüşü olmalıdır və bunu məhz öz şəxsi kontekstində deyil, yaşadığın ölkənin kontekstində görmək lazımdır. Beş və ya on ildən sonra harada olmağımdan asılı olmayaraq, mən öz ölkəmdə olacam, ona görə də insan ancaq özünə deyil, ölkəsinə, onu əhatə edən insanlara, ailəsinə, cəmiyyətinə lazım olanları yaratmalıdır.


Siz indi nə arzu edirsiniz?
Mən gözəl qocalıq arzulayıram. Mən qocalanda mənim sakit cənnətim olacaq və mən keçən illərinə boylananda, necə gözəl bir həyatı necə gözəl insanlarla yaşadığımı görəcəm. Mən arzu edirəm ki, dünyamız daha yaxşı olsun, Suriyada, İraqda və ya hər hansı bir başqa yerdə yaşamaqlarından asılı olmayaraq, balaca uşaqlar ac yatmasınlar. Mən arzu edirəm ki, yaşlı insanların ləyaqətli qocalığı olsun. Mən arzu edirəm ki, hətta qocalanda belə, indiki kimi olum: yeni ideyalar və sərgüzəştlərə açıq. Məndə hərdən elə bir hiss yaranır ki, bizim nəsil heç zaman qocalmayacaq. Həddindən artıq çox şeylər baş verir və hər zaman nəyəsə alışmaq, nəyəsə gəlib çatmaq lazım olur. Mən inanıram ki, qocalıq anlayışı bizim nəsil üçün tamam fərqli olacaq. Biz dünyanın sürətlə dəyişdiyi yeni bir dövrə düşmüşük. Biz bu dünya ilə birlikdə sürətlə dəyişirik və qocalmağa vaxt yoxdur...


Öz həyati qərarlarınızda məntiqə yoxsa intuisiyaya üstünlük verirsiniz?
Məntiqə. İntuisiya mücərrəd məfhumdur, onun üzərində həyat qurmaq olmaz. Mənə məntiq, özümün və ətrafımdakıların təcrübəsi daha yaxındır. İntuisiyaya və taleyə inanmıram, ona görə də birinci növbəyə artıq yuxarıda danışdığım öz həyat görüşümü qoyuram. Daha sonra isə bu görüşün ardınca getmək istəyi yaranır, insanın daxilində od alovlanır, sönmür və məqsədinə çatmayında sənə rahatlıq vermir.


Öz həyatını yaxşılığa doğru dəyişmək istəyənlərə nə məsləhət verərdiniz?
Cavanlara yeganə məsləhətim təcrübə əldə etsinlər, yüksək məqsədə çatmağa yardım edən hər bir şeyi öyrənsinlər. Dünya, bizə həddindən çox informasiya verərək, böyük sürətlə irəli gedir. Bu bilikləri əldə etməyə çatdırmaq lazımdır. Daha sonra, illərlə təcrübə gəlir və sən onları öz ölkənin, işinin və özünün xeyrində maksimum istifadə etmək üçün topladığın bilik və bacarıqları təhlil etməyi öyrənirsən.
Bir az böyüklərə məsləhət görərdim ki, öz güclərinə, bu həyatdakı qismətlərinə inansınlar. Sizin məktəbdə müəllim, bankda "kommunikator", ya da klinikada həkim işləməyiniz əsla mühüm deyil. Bizim hər birimizin ətrafımızdakı dünyanı yaxşılığa doğru dəyişdirmək imkanımız var. Bu, insanları xoşbəxt edən faktordur. O zaman işdən evə gələndə anlayırsan ki, dünyanı yaxşılığa doğru çevirməyə həsr etdiyin daha bir gün hədər getmədi.
Yaxşı əhval-ruhiyyə, hər şeyi yaxşılığa dəyişmək istəyi içdən gəlir. Əgər sən ancaq səndən asılı olan daxili tarazlığını tapırsansa, onda xarici dünya onu poza bilməz və biz hər səhər bu seçimi edirik - mən bu gün xoşbəxt yoxsa bədbəxt insanam? Bizim bu və ya digər seçimi etməyimiz üçün hər dəfə bir çox səbəbimiz olur.


İş işdir, lakin onunla həyat məhdudlaşmır. Mümkünsə, ailəniz haqqında danışardınız.
Əgər ailə haqqında onun klassik mənasında danışsaq, biz iki nəfərik - həyat yoldaşım və mən. Lakin mənim öz şəxsi təfəkkürümdə ailə daha genişdir. Bu, mənim yeganə bacımın onun qızları ilə ailəsidir, onlar məni adımla çağırırlar və 30 illik yaş fərqinə baxmayaraq, mənimlə alternativ rok musiqisi sevgisini paylaşırlar. Onlar mənim ən yaxın qohumlarım və əlbəttə həyatımı onlarsız təsəvvür edə bilməyəcəyim dostlarımdır.
Mən özümü xoşbəxt insan hesab edirəm çünki səhərlər işə, axşamlar evə tələsirəm. Mən o insanlardanam ki, axşamlar evə qaçıram. O evdə səni sevən, hörmət edən, anlayan və hətta birlikdə uzun illər yaşamağa baxmayaraq, səni görən kimi gülümsəyən bir insanın gözlədiyini bilmək xoşbəxtlikdir. Bu insanı çox ruhlandırır. Xoşbəxtlik virus kimidir. O, səndən çıxır, lakin buna baxmayaraq, sənin içində azalmır. Sən onu paylaşırsan, digər insanda o çoxalır və beləliklə, insandan insana ötürülür.


Hobbiniz nədir?
Mən musiqini çox sevirəm. Mənim caza, operaya və alternativ rok musiqisinə izaholunmaz sevgim var. Mənim ən sevdiyim operalardan biri Cuzeppe Verdinin "Traviata" əsəridir, mən onu hər bir əhval ruhiyyəmdə və hər bir yerdə dinləyə bilərəm.
Bir də oxumaq. Amma buna hobbi yox, ruhumun vəziyyəti deyərdim. Mən 4 yaşımdan başlayaraq oxumağa başlamışam və indiyə qədər dayana bilmirəm. Hər bir şey oxuyuram – klassikadan tutmuş professional ədəbiyyata qədər, axı bizim vəzifəmiz bir yerdə dayanmır, ona görə əlimizi nəbzdə tutmalıyıq.
Mən həddindən artıq çox kitab oxumuşam, bəzən özüm də yazıram - hələ ki, masaya. Düşünürəm ki, qocalanda hamısını kağıza köçürəcəm. Mənim çoxlu hekayələrim və bitməmiş süjetlərim var.


Öz hekayələrinizlə kitab buraxmağı düşünmüsünüzmü?
İndi yox. İndi mən bankımın tarixini danışıram. Qocalanda isə öz hekayələrimi danışacam.


Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb