Akkreditasiya üsulu vətənpərvər elmlərə də gəlib çıxdı. Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda Dövlət Akkreditasiya Komissiyası yaradılacaq. Bu barədə We&WE-yə Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İbrahim Quliyev məlumat verib. Onun sözlərinə görə, ölkədə 120-dən artıq elmi-tədqiqat müəssisələri fəaliyyət göstərsə də, hamısı effektiv işləmir. Vitse-prezidentin sözlərinə görə, yeni komissiya bu sahədə vəziyyəti araşdıracaq və bu müəssisələrin səmərəliliyini qiymətləndirəcək.


Nana


Bu yenilik, "Bilik" haqqında qanunun tələbləri ilə bağlıdır. Qanunda göstərilir ki, akkreditasiyanın məqsədi təşkilatın, onun elmi fəaliyyətinin nəticələrinin, maddi-texniki bazasının, infrastrukturunun, elmi proqramının, kadr potensialının, maliyyə resurslarının dövlət standartına və ölkənin hüquq-normativ aktlarına uyğun gəlib-gəlmədiyini müəyyən etməkdir. Akkreditasiya ilk növbədə elmi təcrübələrin aparılmasında, birgə islahatların təşkil olunması və elmi-tədqiqat proqramların reallaşmasında təkrarlanmanın qarşısını almaq, Azərbaycan elminin dünya sisteminə inteqrasiyası prosesini sürətləndirmək üçün lazımdır. Nazirlər Kabineti elmi təşkilatların akreditasiya üsulunu, həmin orqanın statusunu, eləcə də elmi yarışların keçirilməsi ardıcıllığını təsdiq etməlidir.
İ.Quliyevin fikrincə, AMEA-nın idarəetməsini və infrastrukturunu optimallaşdırmaq mütləqdir. Bir qərar qəbul edilməlidir: ölkəmizə 120 elmi-tədqiqat institutları lazımdırmı? Həmin müəssisələrin iqtisadiyyatın, tibbin, təhsilin inkişafında oynadıqları rol nədən ibarətdir? Bu sahələrin təbliğində töhfələri, potensialları hansı səviyyədədir? Elə proqramlar və institut istiqamətləri var ki, bir-birilərini təkrarlayır. Elmi kompleks sisteminin reformlaşdırılması, əldə etdikləri resurslardan və ölkənin rəqabət dayanıqlılığını artırmaq üçün mühüm olan iqtisadi üstünlükləri nəzərə alaraq, elmi-tədqiqat institutların ixtisarını və ya ixtisas dəyişikliyini nəzərdə tutur.


İslahatları davam etdirmək lazımdır
Effektiv maliyyələşmə problemi və müasir Azərbaycan elminin vəziyyəti cəmiyyətimizdə bir neçə ildir ki, müzakirə olunan, mülahizə və debatlar üçün mühüm mövzudur. Bu gün iqtisadiyyat, biznes, dövlət idarəçiliyi sahələrində, sənaye istehsalının texniki və texnoloji təkmilləşdirilməsinə, ümumi daxili məhsulda (ÜDM) sənaye sektorunun töhfəsini artırmağa, rəqabətə davamlı məhsulun yetişdirilməsinə yönəldilmiş ciddi struktur dəyişiklikləri baş verir. Bu kontekstdə təkcə milli elmlər qarşısına qoyulmuş məsələlər yox, intellektual potensialın istifadəsində və dövlət layihələrinin reallaşdırılmasında elmin iştirakına yanaşma da dəyişir. Həqiqətən bu qədər elmi-tədqiqat institutların fəaliyyəti nə dərəcədə məqsədəuyğundur? Onlara ehtiyac varmi? Bu təşkilatların optimallaşdırılmasını necə həyata keçirmək olar?
Milli Məclisin elm və təhsil üzrə komitəsinin üzvü Musa Qasımlı AMEA sistemində aparılan islahatların effektli olacağına əmindir. "İctimai həyatın və iqtisadiyyatın bütün sektorlarında baş verən dərin dəyişikliklər elmin ayağa qaldırılması, onun davamlı inkişafının təmin olunması məsələlərini ön plana çəkdi ki, bu inkişaf da ciddi investisiyalar qoyulmadan və gənc alimləri yetişdirmədən həll oluna bilməz. Optimallaşdırmada zəruri olan məsələ budur: az effektli institutlar bağlanır, bəziləri isə birləşdirilərək yeni elmi mərkəzlər yaradılır. Bu proses davamlı olmalıdır.
Milli iqtisadiyyatın inkişafının "yol xəritəsi" dövlət innovasiya siyasətinin məqsədlərini, üstünlüklərini və alətlərini müəyyən etdi. Bu sənəd kommersiya inkişafına dəstək, eləcə də fundamental və tətbiqi elm sektorunun maliyyə qaydalarını müəyyən edir", - deyə millət vəkili bildirib.
Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov We&WE-yə açıqlamasında Azərbaycanda elmin nüfuzunun hər zaman yüksək olduğunu vurğulayır: "Dövlət elm sahəsində təşəbbüsləri, ölkənin innovasiv inkişafı faktoru kimi intellektual resursların formalaşmasını dəstəkləyir. Lakin bazaq iqtisadiyyatı şərtlərində gənclərin maraq və üstünlükləri dəyişdi ki, bu təhsil sistemində yüksək ixtisaslı kadrların qocalmasına gətirib çıxardı, və əfsuslar olsun ki, bu təşəbbüs artmaqdadır".
Statistikaya müraciət edək. Ali məktəb müəllimləri arasında 30 yaşa qədər elmlər doktoru yoxdur, 61 yaşdan yuxarı olanlar isə təxminən 64% təşkil edir. Fəlsəfə doktorlarına gəldikdə isə 30 yaşdan aşağı olanlar ancaq 0,7%, 61 yaşdan yuxarı olanlar isə təxminən 18% təşkil edir. Bu gün elmlər doktoru hazırlığı proqramı üzrə təhsil alanların sayı 600 nəfərə çatır. Bu kontingentin 60%-ə qədəri 40 yaşı keçənlərdir. Gələcək elmlər doktorlarının gender tərkibi də maraq yaradır: namizədlərin 50%-dən çoxunu qadınlar təşkil edir.
K.Əsədov deyir ki, elm sahəsində gender-yaş uyğunsuzluğu gənclər arasında elmi fəaliyyətin o qədər də nüfuzlu olmaması ilə əlaqədardır: "Alimlik karyerasının qeyri-populyar olmasının səbəbi aşağı əmək haqqı və elmi-tədqiqat institutu əməkdaşlarının zəif sosial müdafiəsidir. Bu gün ölkədə gənc alimin əməyi motivli deyil, ona görə də biznesdə və dövlət qulluğunda işləməyə üstünlük verən ən yaxşı gənclərin doktoranturaya axını yoxdur. Bu sahədə islahatlar daha aktiv və məqsədyönlü aparılmalıdır. Yaxın profilli elmi-tədqiqat institutlarının birləşdirilməsi yüksək texnologiyalı istiqamətlərə yönəlmiş büdcə xərclərinə nəzərə çarpacaq dərəcədə qənaət etməyə imkan verir. Elə olur ki, eyni mövzu üzrə 3 ETİ profilində dissertasiya müdafiə olunur. Digər nümunə: Azərbaycanda təbii elmlər sahəsində biologiya, botanika, zoologiya, mikrobiologiya, dendrologiya, torpaqşünaslıq və aqrokimya, genetik resurslar ETİ, həmçinin Botanika bağı fəaliyyət göstərir. Bütün bu təşkilatları birləşdirərək geniş spektrli təcrübə istiqamətlərinə malik nəhəng elmi mərkəz yaratmaq olar".
Davam edək. Humanitar elmlər sahəsində Nizami adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, Füzuli adına Əlyazmalar İnstitutu, Folklor İnstitutu, Nizami adına Azərbaycan ədəbiyyat muzeyi, H.Cavid adına ev-muzeyi fəaliyyət göstərir. Onların hamısını bir damın altında birləşdirmək daha doğru olmazdımı?
Eyni vəziyyət kimya sahəsində də var, burada da kimyəvi proseslərin, Y.Məmmədəliyev adına neft-kimya proseslərinin, A.Quliyev adına kimyəvi əlavələrin, M.Nağıyev adına kataliz və qeyri-üzvi kimya, polimer materialları elmi-tədqiqat institutları fəaliyyətdədir. Bu təşkilatların birləşdirilməsi ölkənin kimya sənayesi problemlərini müəyyən etməyə və onları elmi əsasda həll etməyə imkan verə bilər.


"Kökündən kəsməmək"
Nizami adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli əlaqələri "kökündən kəsməməyi" məsləhət görür:"Milli Elmlər Akademiyasının strukturuna cəmi 40 elmi-tədqiqat institutu daxildir. Qalanları müxtəlif nazirliklərin və universitetlərin tabeliyindədirlər. Məsələn, aqrar sənayenin özünün, sənayenin özünün, təhsilin də özünün ixtisaslaşdırılmış akademik təşkilatları var. Bu mərkəzlərin büdcəsi kiçikdir, maddi-texniki bazaları isə daha yaxşısını arzulamağa çağırır. Onlar islahatların müxtəlif istiqamətlərində ixtisaslaşıblar. Onların fəaliyyətinin qiymətləndirilməsi üçün departament müəssisələrinin "diaqnostikasını" aparmaq məqsədə uyğundur".
We&WE-nin digər həmsöhbətlərindən fərqli olaraq, İ. Həbibbəyli AMEA sistemindəki elmi təşkilatların birləşdirilməsində və ya ixtisarlarda zərurət görmür: "İlk baxışdan bu institutlar mövzu baxımından bir-birlərini tamamlayırlar. Əslində isə onların apardığı islahatlar müxtəlifdir. Bundan başqa, onlar vətəndaşlarda milli və şəxsi şüuru formalaşdırır və dövlət maraqlarına xidmət edir".


Ucuz təhsil rəqabətə davamlı ola bilməz


reuters


Doğma təhsilin problemləri təkcə bu sistemin mürəkkəb infrastrukturu ilə deyil, həm də dayaz mövzular və büdcə vəsaitlərinin lazımsız istiqamətə xərclənməsi ilə izah olunur. Probelm elmi-tədqiqat institutlarının sayından çox, bu sahənin kifayət qədər maliyyələşməməsindədir. Buna görə də inkişaf etmiş mövzular sona qədər işlənilmir, layihələr isə yarımçıq qalır.
Ekspertlərin fikrincə, ÜDM-ün aşağı tədqiqat intensivliyi və alim karyerasının nüfuzunun aşağı düşməsi elmin inkişafını nəzərə çarpacaq dərəcədə yubadır. Respublikamızda elmə sərf olunan xərclər, Qərblə müqayisədə çox azdır. Əgər dünyanın aparıcı ölkələrində elmə sərf olunan xərclər ÜDM-in 3%-ni təşkil edirsə, Azərbaycanda bu göstərici heç 1%-ə çatmır. Bu il büdcədən elm üçün cəmi 118,5 milyon manat ayrılıb ki, bu da təhsil (1 733,4 milyon manat) və səhiyyə (745,4 milyon manat) sistemləri üçün nəzərə tutulmuş xərclərdən azdır. Bu, hətta keçən ilki göstəricilərdən aşağıdır.
Daha bir mühüm məqam diqqəti cəlb edir. Bu gün Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, "Qafqaz" və "Xəzər" universitetləri elmi-tədqiqat institutlarına nisbətən öz akademik və professorları ilə birlikdə daha yaxşı təchiz olunub. Müəyyən büdcələri olan bu ali məktəblər, qrantların və SOCAR, bp və digər şirkətlərin sponsor dəstəyinin hesabına bahalı avadanlıqlar ala bilirlər. Qeyd etmək lazımdır ki, elmi avadanlıqlar bahadır. Müasir bioloji labarotoriyaların qiyməti (alət və reaktivlərin hesabına) bir neçə on milyon dollarla ölçülür. Digər bir məqam - elm məkanında dünya kütləvi informasiya vasitələrinə çıxışdır. Reytinqli şirkətlərin göstəricilərinə görə, adi Qərb universiteti hər il 5 milyon dollara qədər məbləği ancaq elmi jurnalların və verilənlər bazasının elektron versiyasının abunəsinə xərcləyir. Çünki bu məlumatlarsız müasir elm mümkün deyil.
Bizim elm üçün də optimist fikirlər demək olar. Hökümət elm sahəsinin inkişaf ına dəstək verir. Hər il AMEA-ya təxminən 5 milyon manat ayıran Elmin İnkişafı Fondu yaradılıb. Prezident İlham Əliyevin sərəncamına əsasən, ali məktəblərə "Araşdırma universiteti" statusu veriləcək, eləcə də elmi-tədqiqat institutlarının məşğul ola biləcəyi biznes fəaliyyəti növləri müəyyənləşdiriləcək. Bundan başqa, Təhsil Nazirliyi dünya analitik məlumat daşıyıcısı Thomson Reuters şirkəti ilə əməkdaşlıqda razılığı gəlib, hansı ki, bu şirkət təbii, ictimai, humanitar elmlər və incəsənət sahəsində cəld axtarışı, analizi və informasiya mübadiləsinin təminatında nüfuzlu axtarış platforması hesab olunur. Hazırda bu şirkətin bazasına (Web of Knowledge) dünyaca 12 700 elmi jurnal daxildir.
Elmi-tədqiqat institutları çeşidləndi, yüksək beynəlxalq reytinqli bir neçə institut aşkar olundu: əsasən bu institutlar fizika-texnik və kimya profilli, eləcə də, Yer haqqında elm sahəsində fəaliyyət göstərənlərdir. Uzun illərdən bəri ilk dəfə, Elmlər Akademiyası yaşayış şərtlərini yaxşılaşdırmaqda ehtiyacı olan gənc alimlər üçün yaşayış kompleksinin tikintisini maliyyələşdirdi.
Əlbəttə, ölkə elminin ciddi investisiyalar və institusional dəyişikliklərə ehtiyacı var. İslahat tərəfdarlarının dediklərinin əksəriyyəti "Azərbaycan-2020: gələcəyə baxış" strategiyasında əks olunub. Bu kontekstdə akademik elm istehsalın inkişaf tempini qabaqlamağa yönəlib. Həyat AMEA qarşısına yeni ümumdövlət məsələləri qoyur - bu kosmik sənaye, farmasevtika, genomika, biotexnologiya, nanosənaye sahələrində irimiqyaslı innovasiv layihələri dəstəkləməkdən ibarətdir.



Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb