Taleh Kazımov: "Fəaliyyətinin növbəti 10 ili PASHA Banka həm beynəlxalq, həm də lokal bazarlarda yeni uğurlar qazandıracaq"

_F0A3605-2

Аqrosektor, nəqliyyat və İT – PASHA Bankın yaxın illərdə olan maraqları
Son bir neçə ildir ki, dünya ictimaiyyəti istər siyasət, iqtisadiyyat olsun, istərsə də biznes sahəsində zamanların gəldiyini bəyan edir, böhran dövrü yaşadığımızı söyləyirlər.
Bu həqiqətən də belədir. Müxtəlif dövlətlərin hakimiyyətləri öz xərclərini ixtisara salır, çoxu devalvasiyadan keçir, haradasa işsizlik artır, banklar bir-birilərinin ardınca özlərini müflis elan edərək bağlanırlar. Elə bil ətrafda görünməyən qaranlıq hökm sürür. Lakin həmin siyasətçilərə və biznes nümayəndələrinə diqqətlə qulaq asdıqda görürük ki, onlar deyir ki, hər bir böhranın arxasında yeni imkanlar gizlənir.
Çətin zamanlarda şirkətlərin öz gəlirlərini artıraraq ciddi yüksəlişə nail olduqları barədə misallar az deyil. Sevindirici haldır ki, belə misallar Azərbaycanda da kifayət qədərdir.
Bu yaxınlarda PASHA Bank, ölkənin ən böyük korporativ bankı, 2016-cı il üçün maliyyə göstəricilərini açıqlayıb. Keçən il bankın aktivləri 2015-ci il ilə müqayisədə 43%, təxminən 3,3 mlyd manat artıb. Eyni dövr üçün PASHA Bankın kredit portfeli də 23% artaraq, 1,17 mlyd manat təşkil edib, bankın müddətli depozitləri 186% (1,35 mlyd manat), müddətsizlər 11% (998,9 mln manat) artıb. 2016-cı ilin göstəricilərinə əsasən PASHA Bankın təmiz gəliri 69,3 mln manat təşkil edib.
PASHA Bankın baş icraçı direktoru və İdarə Heyətinin sədri Taleh Kazımovun fikrincə, 2016-cı il həm bank, həm də onun müştəriləri üçün uğurlu il olub. O, qeyd edib ki, korporativ bank olaraq biznesi maliyyələşdirir, yəni bankın göstəriciləri Azərbaycanın özəl sektorunun bir növ özünəməxsus güzgüsüdür. Digər sözlə desək, bank həm də onun müştərilərinin biznesinin artması və inkişaf etməsi sayəsində inkişaf edir.
"2016-ci ildə biz maksimal olaraq müştərilərimizə dəstək olmağa səy göstərdik. Qeyd etmək istəyirəm ki, əgər 2014-cü ildə bizim 700 müştərimiz var idisə, artıq 2016-cı ildə bu say 2,2 min insanı keçdi", - deyə Kazımov 25 aprel tarixində keçirilən mətbuat konfransında məlumat verib. O, qeyd edib ki, keçən il bankın "maaş" layihəsi çərçivəsində xidmət göstərən korporativ müştərilərin əməkdaşlarına da xidmət etməyə başlayıb. Bu məqsədlə 2016-cı ilin IV rübündə individual müştərilərin xidməti mərkəzi açılıb.
"Keçən il bizim kart istifadəçilərimizin sayı 35 min nəfər oldu, bu il isə bankın yeni imkanlar reallaşdırması və bazar reformları sayəsində onların sayı 60 min nəfərə çatdı. Bank xidmətlərinin bu sahəsi böyük potensiala malikdir, biz isə gələcəkdə də onda öz iştirakımızı genişləndirmək niyyətindəyik", - deyə Taleh Kazımov bildirib.

_F0A3649

"BİZ MÜŞTƏRİLƏRƏ, MƏHZ ONLARA LAZIM OLANI VERİRİK"
Kazımov qeyd edib ki, 2014-cü ildən bank risklərin idarə olunmasına investisiya qoyur: "Biz hər zaman bizim müştərilərimizdə yaranan bütün mümkün çətinliklərin, eləcə də kökü regionda və dünyada makroiqtisadi iqlimin dəyişilməsində gizlənən problemlərin həllinə aktiv yanaşırıq. Buna görə də bu dövrdə diqqətimizi hər bir müştərimizlə görüşməkdə, onların biznesindəki vəziyyətin analizində və onların təqdim olunduğu bazar şərtlərində, eləcə də, onların gələcək uğurlu fəaliyyəti üçün optimal, dəqiq qəbul olunmuş qərarların qəbul olunmasında cəmləşdiririk. Bir daha təkrar edirəm hər bir müştəriyə individual yanaşırıq: bəzi hallarda biz kreditlərin struktur dəyişikliyini, ödəniş müddətinin artırılmasını, digər hallarda - əksinə: kreditin bağlanması müddətinin qısaldılmasını təklif edirik".
Kazımovun sözlərinə görə, 2015-2016-cı illərdə bank öz üzərinə əlavə risklər almayıb. O, hazırki müştəri bazası üzərində dayanıb. "Keçən il ərzində bankda, xərclərin optimallaşdırılması üzrə işlər getdi. Burada qeyd etmək lazımdır ki, optimallaşdırmadan danışarkən, biz, xərclərin ixtisarını deyil, qoyulan hər manatın effektivliyinin artırılmasını nəzərdə tuturuq", - deyə o, vurğulayıb.

"YENİ İNKİŞAF STRATEGIYASINDA RƏQƏMSAL KOMPONENTLƏR MÜZAKIRƏ OLUNACAQ"
2017-ci ildə PASHA Bankın üçillik inkişaf strategiyasının reallaşdırılması başa çatır. Artıq bu ilin aprel ayından bank 2018-2020-ci illəri əhatə edəcək yeni strategiya üzərində işləməyə başlayıb.
"Məqsədimiz korporativ bankinq bazarında mövqelərimizi möhkəmləndirməkdir. 2016-cı ilin nəticələrinə görə, bazarda bizim payımız 5,5% təşkil edir. Əgər kredit çantasının həcminə əsasən müqayisə etsək, aktivlərin həcminə əsasən payımız 10%-ə çatdı. Əvvəl də olduğu kimi, biz əsas gücümüzü real qeyri-neft sektorunun dəstəyinə yönəldirik. Biz bununla əsasımız qoyulan vaxtdan məşğul oluruq və bu siyasəti davam etdirmək niyyətindəyik", - deyə Kazımov bildirib.
PASHA Bankın İdarə Heyətinin sədri qeyd edib ki, yeni strategiya çərçivəsində təkcə böyük şirkətlərə deyil, kiçik və orta biznesə də diqqət yetiriləcək. Bankın kredit verəcəyi sahələrə gəldikdə isə bu, əsasən, kənd təsərrüfatı, İKT, nəqliyyat və istehsal sahələridir.
PASHA Bankın aktiv inkişaf etməyi planlaşdırdığı istiqamətlərdən biri də internet-bankinqdir: "Biz keçən il rəqəmsal kanalların xidmətini inkişaf etdirməyə başladıq. Artıq 2016-cı ilin sonunda bizim müştərilərimiz öz əməliyyatlarının 60%-ni mobil əlavə vasitəsilə yerinə yetirirdilər".
Kazımov hesab edir ki, bankın gələcək inkişafının əsas istiqaməti filial şəbəkəsinin genişlənməsi yox, rəqəmsal kanallarının xidmətinin inkişafı olacaq. Məsələn, mobil bankinqin inkişafı, Bakıdan kənarda yaşayan müştərilərə uzaqdan xidmət göstərməyə kömək edəcək.
"Yaxın 3 ildə biz, rəqəmsal bankinq sahəsində bir çox layihələri reallaşdırmaq istəyirik. İlk növbədə bu, mobil və internet-platformaların inkişafı, növbəti mərhələdə isə - Bankda daxili proseslərin avtomatlaşdırılmasıdır. Bizim işimiz onlayn seqmentdə öz iştirakımızı genişləndirməkdir. Biz əminik ki, bank xidmətləri tədricən rəqəmsal aləmə keçməlidir. Bu tezis ətrafında da bizim 2018-2020-ci illərə olan yeni strategiyamızın inkişafı qurulacaq", - o, əlavə edib.

REGIONAL MIQYASDA REAL SEKTORUN TƏRƏFDAŞI
Sonda T.Kazımov qeyd edib ki, bu il PASHA Bank nəinki strateji dövrün, eləcə də fəaliyyətinin ilk 10 ilinin nəticələrini yekunlaşdırır: "Bankın bazar iştirakçısı kimi yaranması 2007-2008-ci illərə - dünya maliyyə böhranının başlanğıcına təsadüf edir, ona görə də bizim komandamız biznesin bu dövrlərdə hansı çətinliklərlə rastlaşdığı ilə yaxşı tanışdır. Regionda makroiqtisadi iqlimin dəyişilməsi və devalvasiya prosesləri fonunda bizim fəaliyyətimizin ilk 10 ili sona çatır. Bütün bunlara baxmayaraq, qürurla təsdiqləyə bilərik ki, ildönümü tarixinə biz həm əməliyyat fəaliyyəti, həm də təşkilati inkişaf planında yaxşı göstəricilərlə yaxınlaşırıq. Yeni funksiyaların işini tənzimləyərək və regional layihələrin gələcək uğurlu inkişafı üçün bir çox mühüm işləri reallaşdıraraq, bank bu qısa dövrdə regional miqyasda fəaliyyətini genişləndirməyə və fəaliyyət göstərdiyi ölkələrdə biznes-prosesləri müasirləşdirməyə nail oldu".
PASHA Bankın İdarə Heyətinin sədri qeyd edib ki, müəssisənin fəaliyyətinin bütün göstəriciləri mühümdür, lakin bankı yüksək zirvələrə aparan kollektivi daha mühümdür: "2007-ci ildə bizim əsas məqsədimiz elə bu olub – banka nəinki yerli, həm də beynəlxalq bazarda uğurlu rəqabətə davam gətirə biləcək güclü komanda yığmaq. Bu 10 ildə 10 illik birgə komanda sayəsində PASHA Bank güclü investisiya bankına çevrildi, regional miqyasda real sektorun tərəfdaşı oldu. Əminəm ki, fəaliyyətinin növbəti 10 ili PASHA Banka həm beynəlxalq, həm də lokal bazarlarda yeni uğurlar qazandıracaq".

Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb