19 iyun 2019-cu ildə, WinterPark Baku Hotelində netvorkinq formatında WeClub üzvlərinin kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüşü təşkil edildi. Klub üzvlərinin qonaqlar ilə görüşləri böyük və orta biznes nümayəndələri, hökumət rəsmiləri və bir neçə xarici qonaqların iştirakı ilə keçirildi.

Qonaqlar arasında İqtisad elmləri doktoru, professor, Azərbaycan Milli Məclisinin deputatı Rüfət Quliyev, Ukrayna Respublikasının nümayəndəsi Nəcəf Əhmədov və Natalya Vlasova, eləcə də Sankt-Peterburq şəhəri “Master Class” Təhsil Agentliyi yeni ərazilərin inkişafı şöbəsinin müdiri Zümrüd Rüstəmova iştirak edib.

Tədbir tanışlıq hissəsi ilə başlandı, iştirakçılar və qonaqlar özlərini təqdim etdilər və bu təqdimat sayəsində bir-birilərini yaxından tanıdılar.

Tədbirin rəsmi hissəsi cənab Rüfət Quliyevin çıxışı ilə başladı, o, bütün iştirakçıları salamladı və qeyd etdi ki, iş adamlarının WeClubda görüşləri Azərbaycanda yaxşı bir ənənəyə çevrilir. Millət vəkili bu cür görüşlərin və tədbirlərin Azərbaycanda işgüzar mühitin yaxşılaşdırılmasına və daha güclü, eyni zamanda rəqabətli əlaqələr yaratmaqda faydalı olduğunu qeyd etdi.

Cənab Rüfət Quliyev həmçinin qeyd etdi ki, dövlət kiçik və orta sahibkarlığın inkişafında çox maraqlıdır, belə ki, bu təkcə iqtisadi deyil, eyni zamanda sosial aspektlər cəhətdən əlverişlidir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycandakı biznes mühitinin yaxşılaşdırılması və investisiya yatırımının artırılması üçün hər cür işlər görülür və hazırda nəzarətçi orqanların biznes sahəsinə müdaxiləsi kifayət qədər uzaqlaşdırılıb, bu orqanların müəssisələrin fəaliyyətinə qeyri-qanuni müdaxiləsi dərhal nəzarətə götürülür və yüksək instansiyalar tərəfindən cəzalandırılır.

Professor Rüfət Quliyev öz çıxışında həmçinin, respublikanın bir çox regionlarında ən müasir səviyyədə təchiz edilmiş idman komplekslərinin, habelə bir sıra regional aeroportların tikildiyini bildirdi. Bütün bu qurumlar dövlət büdcəsindən maliyyələşdirilirlər, lakin onların fəaliyyəti azaldılmaqla və bu istiqamətdə fəaliyyətlərini canlandırmaq üçün bu obyektləri, xüsusilə də Lənkəran hava limanını tender təklifi olaraq Azərbaycan sahibkarlarına icarəyə verməyi təklif edir. Bu, həm dövlət, həm də iş adamları üçün faydalı olardı. Çıxış böyük maraqla qarşılandı.

Daha sonra yığıncaq netvorking formatında davam etdi. Üz-üzə görüşlərini planlaşdırdıqları klub üzvləri, qonaqlar ilə görüşmək və söhbət etmək imkanı qazanmışdılar.

Daha sonra Zümrüd Xanım Rüstəmova çıxış etdi. O, təmsil etdiyi Sankt-Peterburq TA Master-Class şirkətinin təqdimatını nümayiş etdi. Şirkət aşağıdakı bölmələrdən ibarətdir: idarəetmə; HR-menecment; danışıqlar və kommunikasiyalar; maliyyə; şəxsi effektivlik; logistika; satışlar; strategiya; layihələrin idarə edilməsi; marketinq, reklam və PR; xidmət; kouçinq; təlimçilərin treninqləri. Zümrüd xanım şirkətin bazarda 15 ildən artıqdır ki, fəaliyyət göstərdiyini, bu müddət ərzində TA biznes-təlimçiləri tərəfindən 8 kitabın nəşr olunduğunu və MLİ (Müştəri Loyallıq indeksi) indeksi 9,2 olduğunu bildirdi. Şirkətin rəhbəri Aleksey Sergeevdir, hansı ki, o, həm idman alpinizmi ilə məşğul olur; O, Yer kürəsinin 12 zirvəsini fəth edərək, TA "Master Class" bayrağını bu zirvələrə sancmışdır. Şirkətdə 40 peşəkar biznes-təlimçi var, onlar 15 ölkədə və Rusiyanın 47 şəhərində təlimlər keçirirlər, beləliklə ildə 250 təlim keçirilir və 2600 iştirakçı bu təlimlərdən yararlanır. Müştərilərin 83% -i yenidən şirkətlə əlaqə saxlayır.

TA “Master Class” şirkəti aşağıdakı məhsulları təklif edir: strateji sessiyalar, sistem təlimləri, uzaqdan öyrənmə, Agile Scrum, açıq təlimlər, səyyar təlimləri, sifarişli təlimlər, axşam atelyeləri, konfranslar, professional testlər, biznes-təlimçi üçün kurslar, kouçlar üçün kurs, layihə rəhbərləri üçün kurs, kadrların seçilməsi, kadrların qiymətləndirilməsi, kadr hazırlığı, komandanın qurulması, kouçinq, konsaltinq, satış departamenti dizaynı, satış departamentinin dəstəklənməsi, gizli alıcı, axşam satış məktəbi, satınalma.

Şirkətin təqdimatından sonra Zümrüd xanım sualları cavablandırdı və iştirakçıların xahişi ilə qonaqlardan biri ilə əyani kouç-sessiya keçirdi. Kouç-sessiya böyük marağa səbəb oldu.

Görüşün sonunda klubun qonaqları və üzvləri arasında artıq ənənəvi hal almış mükafat lotereyası keçirildi, qalibləri isə CHELEBI milli markası öz hədiyyələri ilə mükafatlandırdı. Tədbir iştirakçıları Azərbaycanda belə əlverişli biznes mühiti yaratmaq və inkişaf etdirmək, kiçik biznes nümayəndələri birləşdirmək, iş dünyasında əlaqələrini genişləndirmək üçün ölkəmizdə biznesin inkişafı naminə bu cür biznes klublarının yaradılmasının vacibliyini qeyd etdilər.

Media-tərəfdaşlar: We&WorldEconomics iqtisadi jurnalı, CBC televiziya kanalı, ITECACaspian.

WeClub layihəsi haqqında WeClub adlı biznes klubu kiçik və orta bizneslə məşğul olan sahibkarlar üçün We&World Economics iqtisadi jurnalı tərəfindən təsis edilmişdir. Klubun missiyası iş adamlarını yeni bazarlara, yeni sərhədlərə daxil etmək, iştirakçıları faydalı məlumatlarla zənginləşdirmək, həm kiçik, həm də böyük bizneslə məşğul olan yerli və xarici tərəfdaşlarla qarşılıqlı münasibət yaratmaq üçün şərait yaratmaqdır. Biz əminik ki, bizim klub sahibkarlar arasında təcrübə mübadiləsi və biznesin inkişafı üçün faydalı tədbirlərin keçirilməsi üçün əla platforma olacaqdır. Klub üzvlərini maraqlı insanlar, biznes təlimləri, aparıcı ekspertlərin məruzələri, həmkarları ilə ünsiyyət, yeni tanışlıqlar və görüşlər gözləyir.

Kiçik biznes sahibkarlarının iş dünyasına inteqrasiyasına təşviq edərək, biz həmçinin bu layihədə böyük işgüzar nümayəndələrin iştirakı ilə onların məqbul insanlar, böyük və güclü tərəfdaşlar olaraq Azərbaycanda əlverişli iş mühiti yaratmaq və inkişaf etdirməkdə təkliflərini gözləyirik; Biz həmişə dialoqa və qarşılıqlı faydalı tərəfdaşlığa açığıq.

Əlavə məlumat üçün:

info@wem.az